Oxumağa dəyər 5 kitab: Qərbi-Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Qərbi-Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov məsləhət görür – FOTO

16:32 - 05 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Qərbi-Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti Qərbi-Kaspi Universitetinin professoru, məşhur politoloq Fikrət Sadıxovdur.

***

Dünya ədəbiyyatında bir çox möhtəşəm əsər nümunələri var ki, bunlardan beşini seçərək oxucularla paylaşmaq istərdim. Bu, dünya ədəbiyyatının digər şah əsərlərini gözardı qoymaq deyil. Söhbət fərdi təəssüratlardan, əsərlərə qarşı şəxsi meyillərdən, peşəkar fəaliyyətdən gedir.  

Oxuculara tövsiyə edəcəyim ilk kitab ­– mənə daha çox təsir bağışlamış, ingilis nasir və dramaturq Con Qolsuorsinin “Forsaytlar haqında saqa” roman trilogiyasıdır

Trilogiyada ingilis Forsaytlar ailəsinin təxminən yarım əsrdə üç nəsilini əhatə edir. Hadisələr Viktoriya dövründən başlayaraq ötən əsrin 20-ci illərində cərəyan edir.

Kitabda Fortsaytlar üçün gözəllik, ehtiras, incəsənət kimi dəyərlər təsvir olunub. Roman cəmiyyətin problemlərini araşdıran sosial əhəmiyyətlidir. Müəllifin etiraf etdiyinə görə, real hadisələrdən qaynaqlanıb. Kitabda Forsaytlar ailəsinin üzvləri tərəfindən ölkədə baş verən hadisələr və faktlar qiymətləndirilir ki, bu da əsəri daha da zənginləşdirir.   

Bu romanı oxuduqdan sonra müəllifin digər əsərləri ilə tanış olmaq istəyirsən. Düşünürəm ki, 1932-ci ildə C.Qolsuorsinin Nobel mükafatına layiq görülməsi də az əhəmiyyət daşımır. Əminəm ki, onun yaradıcılığının zirvəsini “Forsaytlar haqında saqa” romanı təşkil edir.

Kitabı Ali&Nino mağazasından almaq və ya buradan oxumaq olar.

İkinci kitab – amerikalı yazıçı Frensis Skott Fisceraldın “Böyük Getsbi” romanıdır.

Romanın yazılması uzun sürüb. Yazıçı əsəri Nyu-Yorkda başlasa da, daha sonra Parisdə bitirib. Romanın əsas süjet xəttini detektiv və faciəvi sonluqla bitən sevgi tarixi əhatə edir. Hadisələr ötən əsrin 20-ci illərin əvvəlində, Birinci Dünya müharibəsindən sonra ABŞ-da tərəqqi dövründə Nyu-York yaxınlığında, Lonq-Ayslend sahilində, zənginlərin villa və malikanələrində cərəyan edir.  

Maraqlısı da budur ki, roman yazıçının sağlığında çox məşhur olmayıb, bununla yanaşı onun ünvanına çoxlu sayda tənqidlər də səsləndirilib. Roman onun vəfatından sonra daha çox tanınır. Daha sonra isə əsər dünyanın ingilis dilli ölkələrinin bir çox məktəb və universitetlərində oxumağa vacib hesab olunub. Yeri gəlmişkən, əsəri orijinalda oxumuşam və ingilis dilini bilən oxucular üçün də bunu tövsiyə edirəm. Zənnimcə, orijinal versiya müəllifin fikirlərinin mahiyyətini daha çox əks etdirir.

Kitabı Ali&Nino mağazasından almaq və ya Litres-dən oxumaq olar.

Üçüncü kitab – əlbəttə ki, Qurban Səidin “Əli və Nino” əsəridir.

Əsərdə azərbaycanlı oğlanla gürcü qızının sevgisi Qafqazda tarixi hadisələr fonunda maraqlı şəkildə təsvir olunub: Birinci Dünya müharibəsi, inqilab, 1918-ci ilin mart hadisələri. Romanda ingilislərin Bakıya gəlişi, ADR-in formalaşması, Azərbaycanın dirçəlişi və Milli hökumətin süqutu təsvir olunub.

Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı, xüsusilə də gənc nəsil bu kitabı mütləq oxumalıdır. Kitabın 100 dəfə nəşr olunması, dünyanın 33 dilinə tərcümə olunması çox şeyi bildirir. “Əli və Nino” Azərbaycan ədəbiyyatının klassik əsəridir.

Kitabı Ali&Nino mağazasından almaq olar.

Oxuculara tövsiyə edəcəyim dördüncü kitab peşəkar fəaliyyətimlə bağlıdır. Diplomat olduğum üçün beynəlxalq münasibətlərin təhlili ilə birbaşa əlaqədaram. Və bu sahədə ədəbiyyat məndə daha çox maraq oyadır.

 “Amerikaya xarici siyasət lazımdır?” adlı kitabın müəllifi Amerika dövlət xadimi, diplomat, beynəxalq münasibətlər üzrə ekspert Henri Kissincerdir.

Kitabda müəllif ölkəsinin xarici siyasətini XX-XXI yüzillik kəsimində analiz edir. Müəllif amerika qarşısında dayanan çağırışları, dünya dövlətləri ilə münasibəti, hadisələri, dünyanın müxtəlif regionlarında baş verənləri təsvir edir.

Kitab beynəlxalq münasibətlər üzrə mütəxxəsislər, eləcə də diplomatiya və dünya siyasəti problemi ilə maraqlananlar üçün maraqlı olacaq.

Kitabı Ozon-dan almaq olar.

Sonuncu, beşinci tövsiyə edəcəyim kitab – tarixçi və diplomat Vladimir Truxanovskinin “Entoni İden” əsəridir.

Entoni İden – Böyük Britaniyanın xarici siyasətinin formalaşmasında vacib rol oynayan, məşhur ingilis diplomat və siyasətçidir. O, ölkənin xarici işlər naziri olub, sonra isə ötən əsrin 30-50-ci illərində baş nazir olub.

İkinci Dünya müharibəsinin başlanğıcı, Hitler əleyhinə koalisiyanın fəaliyyəti, Qərb və SSRİ arasında qarşıdurmanın inkişafı kimi hadisələr Böyük Britaniyada zəngin idi. Entoni İden bütün avropalı yəhudiləri məhv etmək üçün nasistlərin planları barədə danışan ilk siyasətçilərdən biri kimi tanınır.

Kitabda E.İdenin bioqrafiyası, şəxsi həyatı, ingilis cəmiyyətində rolu, eləcə də Avropa və Yaxın Şərqdəki hadisələr də yer aldığı üçün böyük maraqla oxunur.

Kitabı Ozon-dan almaq olar.

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1292

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər