Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

12:27 - 03 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti Audiokitab layihəsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovdur.

***

Bu layihəni alqışlayıram. KİV-lər kitab oxumağın faydalarını təbliğ etməlidir. Kitab oxumaq insanın dünyagörüşünü artırır, onun mənəvi aləmini zəngilləşdirir, söz ehtiyatını artırır, daha parlaq fikirlər formalaşmasına yardımçı olur. Mütaliə edərkən əsərlərdəki hansısa personajın atdığı addımı düşünür, onun yerinə olsaydıq necə edərdik, necə hiss edərdik deyə düşünürük.

Beləliklə, oxuduğumuz əsərlərdəki nümunələr vasitəsilə psixologiyanı dərk edirik. Kitablar mənəvi-əxlaqi dəyərlərimizə çox böyük təsir edir. Hansısa klassik əsəri oxuduqda bəzən insanlar yaxşı mənada dəyişir.

Tövsiyə edəcəyim kitablar arasında beşini seçmək asan deyil.

Audiokitab layihəsinin müəllifi kimi, özüm üçün oxumağa dəyərli bildiyim əsərləri oxucularla bölüşməyə çox şadam. Bunlar arasında Azərbaycanda tarixi hadisələri əks etdirənlər də var. Bildiyiniz kimi, uzun illər tariximiz təhrif olunub. Bu faktlarn bu gün aktuallığı və vacibliyi daha da artıb.

Qeyd edim ki, adını çəkdiyim kitablara audioformatda AppleStorePlayMarket tətbiqində qulaq asmaq olar.

  1. Nil Qriffits “Kəsilmiş əl”

İngilis yazıçı Nil Qriffitsin bu romanında ali hisslərin (dostluq, saf məhəbbət) insanın əsas keyfiyyətləri üzərində qələbəsindən həbs edilir. Müəllif təsadüflərin insan həyatında rolunu düşünür, hesab edir ki, təsüdüflər insan həyatında müsbət və mənfi rol oynaya bilər. Romanın qəhrəmanı alkoldan müalicə olmaq və Liverpuldan istirahət şəhərciyinə gəlmək üçün əlini itirməli olur. Çirkabı, kabusu və yaddaş pozuntusunu itirmək üçün ölüm qorxusundan qaçmalı olur.

Qeyd edim ki, “Kəsilmiş əl”” romanı “Valliya kitabı 2004-cü il” mükafatına layiq görülüb.

  1. Gülnar Mehri “37 güllə”

Kitabda azərbaycanlı şair, yazıçı, tərcüməçi, jurnalist və filosof, musiqiçi Üzeyir Hacıbəyova məxsus Azərbaycan dövlət himninin müəllifi Əhməd Cavad haqqındadır. Yazıçı əsərdə 1937-ci il repressiyasından, onun qurbanlarından, Əhməd Cavad və ailəsinə vurulan zərbələrdən danışır. Məlum olduğu kimi, 1937-ci ilin iyulunda tutulan Ə.Cavad oktyabrın 13-də güllələnir.

Ə.Cavadın ailəsi də repressiyaya məruz qalır: həyat yoldaşı Şükriyyə xanım Qazaxıstana sürgün olunaraq, dörd uşağından ayırıblar. Kitabda Azərbaycan qadınının qarşılaşdığı sınaqlar ayrıca süjet xətti kimi qabardılıb. Əsərin qəhrəmanı həyatın ağır sınaqlarından şərəf və ləyaqətlə keçməsi bu gün də bizlərə, xüsusilə də gənclərə nümunədir.  

  1. Əzizə Cəfərzadə “Bakı 1501”

Məlum olduğu kimi, sovetlər dönəmində Azərbaycanın tarixi haqqında yazılan əsərlər dəfələrlə dəyişikliyə məruz qalıb. Respublikamız müstəqillik qazandıqdan sonra tarixçilərimiz oxuculara dəqiq məlumat vermək imkanına sahib oldu. Audiokitab-ın fonotekasında ola tarix elmləri akademiklərinin səsləndiriyi mühazirələrlə yanaşı, oxuculara yazıçımızın bu kitabını oxumağı da tövsiyə edirəm.  

Əsərdə XVI əvvəlində Azərbaycanın ərazi bütövlüyündən, müharibələrdən, din uğrunda mübarizələrdən, Səfəvi dövründə Azərbaycanın çiçəklənməsindən, Şamaxı və Bakı qalasına qızılbaşların hücumundan bəhs olunur. Həmçinin romanda Şah İsmayıl Xətainin həyatından, dövlət başçısı kimi fəaliyyətindən və yaradıcı insan kimi fəaliyyətindən danışılır. Müəllifin tarixi faktları nümunə gətirərək vətənpərvərlik və ana dilinə sevgini ön plana çəkməsi çox xoşuma gəlir.

  1. Nəsiminin qəzəlləri

Nəsimin yaradıcılıq fəaliyyəti Azərbaycan dili və poeziyasının inkişafında vacib mərhələdir. Şair dünyaya münasibətini fəlsəfi fikir və baxışları vasitəsilə əks etdirərək möhtəşəm qəzəllər yazıb. 650 il keçməsinə baxmayaraq Nəsiminin əsərləri bu gün öz aktuallığını itirmir və istər Azərbaycan, istərsə də bütün Şərq üçün sevimli şair olaraq qalır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 2019-cu ili “Nəsimi ili” adlandırıb. Qeyd edim ki, Audiokitab-da Nəsimin 50-yə yaxın qəzəli səsləndirilib.

  1. Kafka “Çevrilmə”

Dünya ədəbiyyatının klassiki Kafkanın “çevrilmə” novellasının əsas qəhrəmanı Qreqor Zamza dəhşətli faktla üzbəüz qalır – bir gün səhər iyrənc həşərata çevrilir. Kafka ənənəsinə sadiq qalaraq metarmorfozun səbəbini açıqlamır. Çevrilmə olur, vəssəlam. Baş qəhərman bunu anlayır və ailənin digər üzvləri bundan dəhşətə gəlir. Atası onu otağa qovaraq Qriqora nəsə atır və o, ağır xəsarət alır. Bütün əsərlərində olduğu kimi, Kafka həyatın absurd və mənasız taleyi qarşısında günahkar olan “kiçik adam”ın bütün faciəsini ortaya çıxarır.

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2559

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər