Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

15:36 - 02 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyevdir.

***

Oxumağa mütləq şəkildə tövsiyə edəcəyim 5 kitabı seçmək ilk baxışdan asan görünsə də, olduqca çətin işdir. Ona görə çətindir ki, beş kitabı seçmək real deyil. Axı qəlbimdə və yaddaşımda iz buraxmış onlarla əsərləri bölüşmək istəyirəm. Lakin məqalənin fotmatına uyğunlaşmağa çalışacağam.

№1. “Çerçil amili”

Müəllif: Boris Conson.

Kitabı OZON və Libraff mağazalarından almaq olar.

Yaxın günlərdə oxuduğum Britaniyanın məşhur siyasətçisi Boris Consonun dünya siyasətinin ən parlaq nümayəndələrindən biri – Uinston Çerçilə həsr etdiyi bu kitabı tövsiyə edirəm.

Consonun “Çerçil amili” kitabı ­– bu yalnız görkəmli şəxsiyyətin həyat yolu üzrə əyləncəli səyahət deyil, həmçinin Çerçilin amilinin dünya siyasətinin sonrakı inkişafına təsirini təhlil etmək cəhdidir. Çerçilsiz Hitlerə qalib gəlmək mümkün idi? XX əsrin ortasında bu möhtərəm ağsaqqal hadisələri qabaqcadan düşünməsəydi bu gün Avropa İttifaqı necə olardı (və ümumiyyətlə, olardımı!?)? Uinston Çerçil olmasaydı bu gün Yaxın Şərq necə olardı? Bu cür suallar çoxdur. Məhz müəllif bu cür suallara cavab tapmağa çalışır.

Consonun xülasə və nəticələri bəzən mübahisəli görünə bilər. Bununla yanaşı, planetimizin yeni tarixinə, müasir sivilizasiyaya tamamilə yeni bucaq altında baxmaq imkanı verir.

Çox maraqlı kitabdır, birnəfəsə oxunur.

№2. Why We Sleep: Unlocking the Power of Sleep and Dreams

Müəllif: Metyu Uolker

Kitabı Amazon-dan almaq olar.

Yuxu haqqında çoxlu sayda kitablar yazılıb, araşdırmalar aparılıb. Lakin bu kitab ilk dəfə oxucunun anlayacağı dildə nüfuzlu alim tərəfindən yazılıb.

Berkli (ABŞ) Universitetinin Yuxu və Neyrovizualizasiya Laboratoriyasının direktoru professor Uolker bu mövzuda ən nüfuzlu ekspertlərdən biridir.

Müəllif kitabında yuxunun sağlamlığımız və ömrümüzün uzunluğu nöqteyi-nəzərindən fundamental əhəmiyyət kəsb etdiyini bildirir.

İlk baxışda, yuxu faydasız vaxt itkisidir. Yuxu zamanı vəhşi təbiətdə yaşayan heyvanlar kimi əcdadlarımız da müdafiəsiz və zəif  olublar. Bununla yanaşı, müəyyən səbəbdən təkamül elə formalaşıb ki, yuxusuz həyat yoxdur.  

Yuxu nəyə lazımdır? Hansı funksiyaları həyata keçirir? Yuxu xroniki və sağalmaz xəstəlikləri müalicə edə bilər? Yuxu təhsil və biznesdə uğura nail olmağa kömək edə bilər?

Professor Uolker bu kimi sualları kitabında cavablandırıb. Kitab “Nyu-York Tayms”ın versiyasına görə bestseller hesab edilir.

Yeganə mənfi məqam – kitabın yalnız ingilis dilində olmasıdır.

№3. “Valehedici yeni dünya”

Müəllif: Oldos Haksli

Kitabı Libraff və “Əli və Nino” mağazalarından almaq olar.

Əgər mənim kimi, antiutopiya janrını sevirsinizsə, mütləq bu kitabı oxumalısınız. Əlbəttə, Oruellanın “1984” əsəri kimi geniş yayılmasa da, fikrimcə ondan geri qalmır.

Romandakı hadisələr uzaq gələcəkdə (eramızın 26-cı əsri, məhz 2541-ci il) Londonda cərəyan edir. Yer kürəsində bütün insanlar bir dövlətdə, bir cəmiyyətdə – istehlakçı cəmiyyətində yaşayırlar.

Onlar təbii yolla deyil (necə də bayağı!), xüsusi zavodlarda – inkubatorlarda yetişdirilir. Embrionun inkişafı dövründə beş təbəqəyə bölünür. Bu təbəqədə əqli və fiziki imkanlarına görə seçilirlər. Ən yüksən inkişafa sahib “alflar”dan, ən primitiv olanlar “epsilonlar” a qədər fərqlənirlər. Uşaqlar mayalanma anından görəcəkləri əmək növünə uyğun hazırlaşırlar.

Bu dövlətdə hər kəs onun yaradıcılarının fikri üzrə əvvəlcədən müəyyənləşdirilmiş dərəcədə xoşbəxt ola bilər. Bunu heç kəs şübhə altına qoya bilməz. Düşündüyünüz kimi hər şey asan deyil...

Haksli bütün zamanların mütəffəkirlərini – Platondan tutmuş Karl Marksa qədər naratah edən fundamental – hər kəsin öz qabiliyyətləri, ehtiyaclar üzrə çalışaraq ümumi firavan dövlətin (kommunistlər xoşladığı kimi) qurulması mümkün kimi sualla çıxış edir.

Oldos Hakslinin romanı birmənalı cavab vermir. Haksli daha çox həqiqətlərin axtarışına təşəbbüs göstərir və suallar verir. Bu kitabı əlinə alan hər bir kəs müəlliflə birlikdə axtardığı suallara cavab tapacaq.

№4. “Patriarxın payızı”

Müəllif: Qabriel Qarsia Markes

Kitabı Libraff və “Əli və Nino” mağazalarından almaq olar.

Mistik üslubda yazılan bu roman Mütləq Qüvvənin təcəssümü olan qalıcı diktatordan bəhs edir.

Onun mövcudluğu səmada Günəş və Ayın vacibliyi kimi tabeçiliyində olanlar üçün də təbii olaraq vacibdir. Onsuz – dövlətin başında onun müdrik fiquru olmadan təsəvvür etmək çətindir.

Markes hər zaman Mütləq Qüvvə haqqında kitab yazmaq istədiyni deyib. Və o bunu valehedici, tam qəmli tərzə edir. Əsərin baş qəhrəmanı – canlı əfsanə, taleyin əlində gəlincik olan insandır. O, real və qeyri-realın möcüzəvi şəkildə qonşu olduğu öz sarayında tamamilə tənhadır.

Onu nə narahat edir? O, nə istəyir? Nədər qorxur? Mütləq Qüvvə nədir? Yaşamağı öyrənmək üçün uzun və fəal həyat yetərmi?

Kitab 1975-ci ildə yazılıb. İndiyə qədər bir çox dillərə tərcümə olunub. Lakin Q.Markes əsərdə dəfələrlə dəyişikliklə edib. Markesin sözlərinə görə, kitabda 15 dəfə dəyişikliklər edib. Lakin buna baxmayaraq kitab az satlıb. Oxucu əsəri “Yüz ilin tənhalığı” kimi yüksək dəyərləndirməyib.

Fikrimcə, iki möhtəşəm əsəri müqayisə etmək olmaz. Hər ikisi maraqlıdır. “Patriarxın payızı” mənə daha çox təsir bağışlayıb. Çünki burada müəllif Qüvvə haqqında bütün suallara cavab axtarıb.

№5. “Günəş doğur” (Fiesta)

Müəllif: Ernest Heminquey

Kitabı Libraff və “Əli və Nino” mağazalarından almaq olar.

Bəlkə də bu kitabı oxuyan hər kəs bəyənməyə bilər. Heminqueyin üslubunu kimsə həddindən artıq sadə və çalarsız, kimsə təbii kimi dəyərləndirir.

“Fiesta” – ən sevdiyim əsərlərdən biridir. İlk baxışda burada rənglər fırtınası və emosiyalar partlayışı yoxdur, səhifələr kədərə bürünüb... Lakin bu inanılmaz hissiz həyatımız necə olar? Məhz həmin hiss – kədər hər şeyi başdan ayağa dəyişərək yatmış hisslərin oyanmasına səbəb olur.

Əsərin baş qəhrəmanı – heç vaxt xoşbəxt edə bilməyəcəyi qadına aşiq olan kişidir. Çünki müharibədə ən vacibdən – ləyəqətindən məhrum olub. Onun ətrafında həyatın bütün parlaq rəngləri cərəyan edir.

Beləcə müəllif musiqiçi kimi taleyin istezasını təcəssüm etdirən hər bir simi həssaslıqla seçir.

Bu kitabı bir necə abzasda ifadə etmək çətindir. Onu sadəcə əlinə alaraq oxumaq lazımdır.

Başqa cür mümkün deyil!

Tərcümə: S.Xankişiyeva

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

 

 

 

Paylaş:
2472

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər