Bir xəyanətin tarixi: Arif Məmmədov və onun komandası | 1news.az | Xəbərlər
Siyasət

Bir xəyanətin tarixi: Arif Məmmədov və onun komandası

14:50 - 08 / 02 / 2019
Bir xəyanətin tarixi: Arif Məmmədov və onun komandası

Azərbaycanlı sabiq diplomatlar bu gün özlərini “müxalifətçi” kimi qələmə versələr də, əslində Vətəni xaricdə “gözəl həyata” dəyişən adi xəyanətkarlardır.

Bu gün onlar sosial şəbəkələrdə fəalıq edirlər. Və ictimaiyyətə özlərini guya ədalətsizlik və korrupsiyaya qarşı istefa verərək Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “yüksək vəzifəli məmurları” kimi təqdim etməyə çalışırlar. Əslində isə bu insanlar bir zamanlar XİN-dən obyektiv səbəblərə görə vəzifədən uzaqlaşdırılıblar.

Hazırda Azərbaycan hökumətini aktiv şəkildə “tənqid” edənlər bir zamanlar Azərbaycan XİN-in əməkdaşları olmuş – Arif Məmədov, Nahid Cəfərov və Sevinc Osmanqızıdır.

“Azadlıq mübarizəkarları” olan bu insanlar həyatları ilə bağlı ciddi-cəhdlə gizlətdikləri bəzi faktlar məlumdur. Bu faktlar onların əsl üzünün aşkara çıxmasına imkan verir.

Atasının adı altında gizlənmək

Baxmayaraq ki, Sevinc Osmanqızı daha çox jurnalsit kimi məşhur olsa da, bir müddət Azərbayxan XİN-də də işləyib. 90-cı illərin əvvəlində “ASSA İrada” informasiya agetliyində, daha sonra AzTV-də işləsə də, atası – jurnalist Osman Mirzəyevin adından istifadə edərək Xarici İşlər Nazirliyində işləmək üçün müraciət edir.

İşə qəbul olmaq üçün Osmanqızı deyir ki, “ermənilərlə mübarizə aparmaq” istəyir. Lakin daha sonra aydınlaşır ki, o, XİN-də xaricə getmək üçün işləmək istəyir.

1994-cü ilin yanvarın 1-də XİN-in mətbuat xidmətinin üçüncü katibi olaraq işə qəbul olunan Sevinc burada 7 ay işləyir. Bu müddət ərzində 1994-cü ilin aprelində Misirə ezam olunmağa icazə istəyir. Qahirədə “Şeraton” otelində 800 ABŞ dolları həcmində telefonla danışan Osmanqızı otel işçilərini heyrətə gətirir. Belə ki, oteli tərk edən zaman resepşının təqdim etdiyi hesabı ödəyə bilmir. Nəticədə bu hesab bütün diplomatik heyət üçün ayrılmış xərclərdən ödənilməli olur. Çıxış yolunu həyəsızlıqda görən Osmanqızı guya Bakıya zəng edərək Azərbaycan nümayəndə heyətini səfəri barədə xəbər verdiyini bildirib. Otel məcbur qalaraq telefon danışıqlarının 5 səhifəlik siyahısını çıxarır. Burada aydın olur ki, Sevincin telefon danışıqları şəxsi xarakter daşıyıb. Və ezamiyyətdən qayıtdıqdan sonra bu fakt atasının ruhu xatirinə bağışlanılır. Osmanqızını çoxları yalnız öz məqsədi üçün atasının adından istifadə edən kimi tanıyır.

XİN-də çalışmaqla nə istədiyi karyeraya, nə də “çoxlu pulları” əldə edə bilməyəcəyini anlayaraq Osmanqızı işdən çıxır və Azərbaycanın Londondakı Bi-Bi-Si xidmətinə işə düzəlir. Bir müddətdən sonra Azərbaycana qayıdaraq ANS telekanalıdan çalışır. Daha sonra Amerikanın Azərbaycandakı Səfirliyində yüksəkgəlirli məvaciblə işə başlayır. Burada da bir müddət çalışdıqdan sonra həyat yoldaşının yazılı icazəsi olmadan uşaqlarını da götürərək ABŞ-a qaçır.

Hazırda Osmanqızı düşmən QHT-lər hesabına xaricdə antiazərbaycan dairələrə çalışaraq “karyera qurur”. Sosial şəəbəkələrdəki verilişlərində yalandan Azərbaycan üçün ağlayır, ölkənin daxili və xarici siyasətini əsaslandırılmamış faktlarla tənqid edir. Bunun bariz nümunəsi “dahi” jurnalist Osmanqızının “XİN-də yeddi aylıq iş təcrübəsinə” söykənərək, xarici siyasətdən, beynəlxalq hüquq, xaircdə diplomatik nümayəndəliklərin açılışı və bağlanışı ilə bağı zərrə qədər  təsəvvürə sahib olamayaraq Norveçin Bakıdakı Səfirliyinin bağlnamsı ilə əlaqədar verilişini demək olar. 

Əslində isə Osmanqızı Azərbaycan üçün heç nə etməyib. Onun ən böyük arzusu xaricdə yaşamaq idi. Buna nail olmasına baxmayaraq o, hər zaman qayğı gördüyü dövlətini ləkələyir.

Separatçı planlar

Facebook-un “digər qəhrəmanı” – Azərbaycanın Niderlanddakı Səfirliyinin sabiq attaşesi (kiçik diplomatik vəzifə), hazırda isə müxalif OYAN hərəkatının “qondarma lideri” Nahid Cəfərov Azərbaycan XİN-də bir ildən az (2012-ci ilin dekabrın 3-dən 2013-cü ilin noyabrın 1-nə qədər) işləyib. Sosial şəbəkələrdəki çıxışlarında o özünü müasir dövrün “görkəmli diplomtı”,  Mərkəzi Aparatda “yüksək” vəzifəli şəxs kimi təqdim edir.

Əslində isə cənab Cəfərov XİN-in Mərkəzi Aparatında tutduğu diplomatik vəzifəsi sənədlərin nüsxələrinin çıxarılması, Katiblikdəki sənədlərin daşımaqdan ibarət idi.

2015-ci ildə işdə nöqsanlara görə Niderlanddakı Səfilikdən geri çağırılsa da, o, Bakıya qayıtmır. Belə ki, onun başlıca məqsədi Avropada qalmaq idi. Buna görə də Niderlanddan siyasi sığınacaq istəyək orada qalır və “insan haqlarının müdafiəçisinə” çevrilir. Qarşısına qanuni Azərbaycan dövlətini devirməyi məqsəd qoyan “OYAN” adlı “gizli” təşkilat yaratmaqla Cəfərov Avropada yaşayan gənclərə “parlaq” gələcək vəd edərək buraya cəlb etməyə çalışır. Lakin özü gələcəyini Hollandiyada quraraq bir daha vətənə gəlməyi planlaşdırır.

Azərbaycanda hökumət dəyişməsilə bağlı fəal çıxış edən bu yalançı demokrat əslində separatçıların ölkəni parçalamaq ümidlərini doğruldur. O, həmyerlisi – talış separatçı ideoloqu və ermənilərin yaxın dostu Əlikram Hümbətov və onu tərəfdarları ilə dəfələrlə görüb. Cəfərov hələ səfirlikdə işləyərkən Əlikram Hümbətov və onu tərəfdarları ilə əlaqələri olub.

Qeyd edək ki, Cəfərovun digər vətənə qayıtmayanla – Arif Məmədovla da əlaqələri olub. Lakin hazırda “iki yola getməz müxalifətçinin” münasibəti ürəkaçan deyil. Görünür, əcnəbi himayədarlarının pulunu bölüşdürə bilmirlər.

“Müqəddəs” Ariflə bağlı həqiqətlər

2015-ci ildən özünü hazırki Azərbaycan hökumətinin əsas oppanenti, Qərbdə Azərbaycan müxalifətinin çarçısı kimi qələmə verən Arif Məmmədov, özü və fəaliyyəti haqqında danışarkən ictimaiyyətə “müqəddəsliyinə və günahsızlığına” inandırmağa çalışır.

Lakin bu “müqəddəsin” həyatını araşdırarkən bir sıra faktların üzə çıxması ilə məlum oldu ki, “müqəddəs Arifin” “buynuzu və quyruğu” əmələ gəlib və o, mələkdən daha çox, şeytana bənzəyir.

Geniş ictimaiyyətə cənab Məmmədovun əsl üzünü göstərmək istədim.

Onun babası, sovetlər dönəmində Gəncədə  korrupsiyaçı və rüşvətxor kimi tanınan Qara Camal görünür hüquq-mühafizə orqanlarından qorxduğu üçün nəvəsini prokuror görmək istəyir. Lakin bütün səylərə baxmayaraq Arifi Bakıda hüquq fakultəsinə düzəldə bilmir. Tələbə yoldaşlarının sözünə görə, babası onu  Moskvada “yollar” taparaq 30 000 sovet rublu (o dönəmlər üçün yüksək məbləğ) SSRİ-nin Müdafiə Nazirliyinin Qırmızı bayraq Hərbi İnstitutuna düzəldir. Lakin burada da hüquq fakultəninə daxil olmaq alınmır, nəticədə Arif hərbi tərcüməçi fakultəsinə düzəlir.

Belə ki, aşağı davamiyyət və tərcüməçi üçün uyğun gəlməyən dil nöqsanlarına görə Arif Məmmədov prestijli şöbədə deyil, amxar dilini öyrənməli olur. Bu da o zamankı sosialist Efiopiyasının dövlət dili idi.

Məlum olduğu kimi, 1974-cü ildə SSRİ-nin köməkliyi ilə Efiopiyada hərbi çevriliş baş verir və nəticədə hakimiyyətə diktator Menqistu Hayle Mariam gəlir. Ölkəyə sovet hərbi kontingenti yeridilir. Bunlardan biri də instututu rüşvət hesabına bitirən gənc leytenant-tərcüməçi Arif Məmmədov da olur.

Ola bilsin ki, geniş publikaya xaricdə sovet qoşunlarının xidməti ilk növbədə SSRİ-nin Müdafiə Nazirliyinin Baş Kəşfiyat İdarəsindən “keçməsi” və onların “xüsusi tapşırıqları” olmadan buraxılması məlum deyil. Maraqlıdır, Məmmədov Efiopiyada hərbi xidmətinin arxasında hansı “gizli öhdəliklər” dayanır?!

Deyilənlərə görə, Arif Məmmədovun zəif tərcüməçilik bilgilərinə görə rəhbərlik qarşısında onun geri qaytarılması məsələsi qaldırılır. Lakin onu Əddis-Əbəbənin yerli bazarlarında alış-veriş zamanı kömək etdiyi sovet zabitlərin arvadları qoruyur.

SSRİ süquta yetdikdən sonra Efiopiyada da qanlı rejim dağılır və oradan sovet hərbçiləri geri qayıdır. Məmmədov da anlayır ki, onun hərbi gələcəyi ürəkaçan deyil, 1991-ci ildə Azərbaycana qayıdır.

Həmin dövrlərdə erməni işğalçıları ilə ağır dövrünü yaşayan Azərbaycanın keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərindən məzun olmuş peşəkar zabitlərə ehtiyacı vardı. Bəziləri xüsusi olaraq vətənə qayıdaraq könüllü şəkildə Azərbaycan Ordusuna yazılır.

Lakin özünü “dahi vətənpərvər” hesab edən leytenant Məmmədov atasının – Bakı Alkoqolsuz içkilər Zavodunun direktoru (yəqin ki, oxucular həmin zavodun pul mənbəyi olmasından xəbərdardır) hesabına hərbi xdmətdən yayınır.

1991-ci ilin yanvarında Arif Məmmədov “Azərbaycan” Assosiasiyasına, 1992-ci ildən 1993-cü ilə qədər Bakı şəhər İcra Hakimiyyətində çalışır. Daha sonra “Azinteraqro” Assosiasiyasına keçir. Görünür ki, bu təşkilatçılardan heç biri peşəkar hərbçi və “leytenant” üçün uyğun olmur. Məmmədov biznesin təşkili ilə bağlı bilgilərini artırdığı dövrdə digərləri Vətəni müdafiə edərək  qan tökürdü.

Onun həyatının digər mərhələsi – 1993-cü ilin 12 iyulundan başlayır. Yenidən qohumluq əlaqələri və maliyyə imkanları hesabına Məmmədov Azərbaycan XİN-ə işə düzəlir. Həmin dövrlər gənc müstəqil dövlətin XİN-ində xarici dil bilən kadrlara ehtiyac vardı. Və hansısa əcnəbi dili az-çox bilən namizəd tapıntı idi.

Məmmədov üçün xarici nümayəndələri qarşılıyıb yola salmaq, saysız ezamiyyətlərə getmək, gecəyə qədər işləmək görünür çətin olduğu üçün Dövlət Protokolu İdarəsində 10 ay işlədikdən sonra Nazirliyin rəhbərliyindən xahiş edir ki, onu digər idarəyə – analitik işlərə keçirsinlər. O, rahat kofesini içərək geniş müüzakirələr aparması üçün ABŞ və Kanada şöbəsinə keçirilir.

XİN-də çalışanların xatirində Məmmədov Avropa ölkələrində hansısa kurslarda iştirak etməyə cana atan, müxəlif bəhanələrlə vəzifə öhdəliklərindən yayınan birisi kimi qalıb.

Bir müddət işlədikdən sonra 1995-ci ildə Arif Məmmədov Azərbaycanın Belçikada açılmış Səfirliyinə ikinci katib kimi və o zamanlar üçün yüksək hesab edilən 1500 dollar məvaciblə ezam olunur. Bu andan etibarən Məmmədovun çoxdankı arzusu – Avropa həyatı başlayır.

Əlbəttə ki, “Avropanın mərkəzi” – Brüssel nə Əddis-Əbəbə, nə də müharibə şəraitində olan Bakı ilə müqayisə edilməzdi. Və “leytenant” Məmmədov bu şəhərə vurulur, özünə söz verir ki, nəyin bahasına olursa, olsun burada əbədi qalacaq.

Və Brüsseldə “ağır” həyat başlayır

Restoran və butiklərin yerini tez öyrənən Məmmədov fəal şəkildə “diplomatik fəaliyyətə” başlayır. Qısa zaman ərzində Arif ağlasığmaz karyera qurur: 1998-ci ilin sentyabrında birinci katib, bir il sonra isə 1999-cu ilin sentyabrında səfirlikdə məsləhətçi vəzifəsinə keçir. 2000-ci ildən Məmmədov Azərbaycanın Belçika, Lüksemburq, Niderlandda səfiri olur.

İndi bu “ədalət çarçısı” Azərbaycanın Avropa inkişaf yolunun “banisi” kimi qələmə verir. Lakin onunla birlikdə Brüsseldə çalışanlar xatırlayır ki, Məmmədovun başlıca vəzifəsi ailəsinin bu şəhərdə güzəranını yaxşılaşdırmaq idi. Onların sözlərinə görə, səfirliyinin bütün xidməti maşınları Məmmədovun həyat yoldaşı və uşaqlarının ixtiyarında idi. Ümumiyyətlə deyilənlərə görə, əsas səfir Məmmədov deyildi, səfirliyin bütün vacib məsələləri onun həyat yoldaşı ilə həll olunurdu.

Onun həyat yoldaşı ilə bağlı daha ətraflı

Elə həmkarların dedilərinə görə, Məmədovun həyat yoldaşı Bakıda Konservatoriyanı bitirib, heç bir təcrübəyə sahib olmasa da, diplomatik xidmətə işə düzəlib. Buna görə də Arif Məmmədovun “Vətənə təmənnasız xidmətləri” ilə bağlı nağılları əsassızdır. Məmmədovun arvadı da Bakıya qısa səfərləri zamanı bildirib ki, savadsız, mədəniyyətsiz “qara” xalqın yaşadığı Azərbaycana heç vaxt qayıtmayacaq.

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Arifin Bakıda “aktiv” fəaliyyəti zamanı onu səfir olduğu ölkələrin nümayəndəlikləri açılmayıb. Yalnız onun gedişindən sonra bu ölkələrlə və Avropa Komissiyası ilə əsl inkişaf mərhələsi başlayır, nəticədə Azərbaycanda diplomatik nümayəndəliklər (2007-ci ildə Belçika Səfirliyi, 2009-cu ildə Niderand və Avropa Komissiyası) açılır. 

İndi Məmmədov “möhtəşəm fəaliyyəti” ilə bağlı cəfəngiyyatlar danışsa da, Brüsseldə dövlət hesabına əldə etdiyi yaşayış yerini xatırlatmağı unudur. Səfir olan zaman dövlətin kirayə üçün ayırdığı pulları ipoteka ilə aldığı evə ödəyir. Əgər o, şəxsi məqsədlər üçün göndərilən, lakin istifadə etməyərək satdığı lüks avtomobiləri unudubsa, xatırladaq: 2007-ci ilin fevralın 23-də 194218 nömrəli nişanlı MERSEDES BENZ S320 avtomobilini Xalid Seyidov adlı vətəndaşa satıb (təəssüf ki, satdığı məbləğlə bağlı məlumat əldə edə bilmədik). Həmçinin 2012-ci ilin oktyabrın 12-də 442920 nömrə nişanlı LEXUS LX570 markalı 95000 ABŞ dolları dəyərində olan avtomobili Azər Kazımova 140000 ABŞ dollarına satıb.

Göründüyü ki, bu məbləğə o, Bakıda bir neçə maşın ala bilərdi. Lakin o, Azərbaycanda yaşamaq istəmədiyi üçün, xalqla ictimai nəqliyyatda gəzərək əldə etdiyi pullar hesabına həyat yoldaşı və uşaqları üçün bir neçə maşın alır.

Cənab Məmmədovun daha bir yalanı: guya onun Bakıda heç bir yaşayır yeri olmayıb və o burada valideynləri ilə birlikdə yaşayıb.  Məmmədov 2010-cu ildə Binəqədi rayonu, Mir Cəlal küçəsindəki mənzilini Bahar Məmmədovaya satır. 2011-ci ildə isə Mərdəkanda 0,0749  hektar sahəli ev alır. 

2006-cı ildə Azərbaycanın Avropa Şurasının nəzdində təyin olunmuş nümayəndəsi olaraq 2012-ci ilə qədər çalışır. Onun ailəsi bu müddətdə Brüsseldə yaşayır. Məmmədov da bütün “xidmət” etdiyi illərin daha çoxunu Strasburqdan daha çox Brüsseldə keçirir. Onun Strasburqdakı fəaliyyəti ilə bağlı ayrıca danışmaq lazımdır.

A.Məmmədovun Avropa Şurasının Baş katibi cənab Yaqlandı AŞ deputatları arasında “korrupsiya” faktları ilə bağlı “maarifləndiriməsi”, eləcə də Azərbaycanın ATƏT nümayəndələrinin üzvlərinin ünvanın “zarafatları”  Dağlıq Qarabağ münaqişəsi, qaçqınların öz doğma yurdların qaytarılması və Azərbaycanın ərazi bütövlüyüyün bəprası məsələsində onun səylərinin parçalamaq ibarət olduğunu bir daha göstərir.

“Beşinçi kolon” rolunda çıxış edən Məmmədov əlindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqlandda onun hərəkətlərini təxribatçı və ya “sərsəmlik” kimi qəbul edirdi.

Bununla paralel olaraq, Məmmədov ailə güzəranını yaxşılaşdımaq məqsədilə Azərbaycanın Avropa Şurası nəzdində nümayənədliyinin vəsaitlərini həyəsızcasına mənimsəməkdə davam edirdi. Nümunə üçün, 2007-ci ildə 4918 avro, 2012-ci ildə 15000 avro onu tərəfindən mənimsənilərək, guya Milli Məclisin Strasburqa səfəri (nəqliyyat xərcləri, rəsmi qaşırlanma və s.) zamanı ödənilib. Sənədlər də isə bütün bu xərclər Milli Məclisin öz büdcəni hesabına ödənilməsi göstərilir.

Məmmədov 2010-cu ilin 30 martında TURKSOY təşkilatı ilə birgə Strasburqda Novruz bayramı münasibətilə keçirilmiş konsertə görə 11600 avronu mənimsəyir. Həqiqətdə isə konsert təşkilatın öz büdcəsinə həyata keçirilib.

2011-ci ildə o, Strasburqda şəsxi istifadəsi üçün BMW X5 markalı maşın əldə edir ki, bunu da nümayəndəliyin rəsmi maşını kimi sənədləşdirərək bu sövdələşmədən 8237 avro qazanc əldə edir.

Bu cür faktlardan istər Brüssellə bağlı, istərsə də Strasbuqla bağlı kifayət qədərdir, lakin oxucunu bununla yormaq istəməzdim.

Onunla Strasburqda görüşənlər deyir ki, Məmmədov Bakıya ya xarici işlər naziri kimi, ya da onun üçün nazirlikdə Avropa məsələləri üzrə ayrıca şöbə yaradılarsa qayıda bilər. Lakin Məmmdovun planları 2012-ci ildə Bakıya XİN-in idarələrindən birində sadəcə rəhbər kimi qayıtdıqda param-parça olur.

Bütün gücü ilə Azərbaycandan getmək istəyən Məmmədov 2013-cü ilin iyulunda yenidən Brüsselə təyinat alır. Bu dəfə o, Azərbaycan Respublikasının hesabına Avropa İttifaqının İslam Təşkilatları Konfransının daimi nümayəndəsi kimi.

2015-ci ildə Məmmədov onu üçün bu qədər imkanlar yaradan Vətəninə xəyanət edərək açıq şəkildə özünü Azərbaycan xalqının düşməni cərgəsinə keçdiyini bəyan edir.

Bu addımı atması səbəbləri ilə bağlı oxucunu məlumatlandırmaq istərdim.

Məmmədov bunu Binəqədi rayonunda yaşayış binasında baş verən yandın zamanı həlak olanlara başsağlığı ifadə etmək kimi təqdim edir. Əslində isə, Məmmədov Azərbaycan dövləti və xalqı haqqında, xalqın həyat tərzi və düşüncələri, həmçinin Azərbaycan parlamentinə seçilən üzvlərlə bağlı Azərbaycan KİV-inin tənqidinə məruz qalır. Bunu bəhanə gətirən Məmmədov çoxdankı arzusuna çatmağa can atır və Qərbdə qalır.

Həyatının 24 ilini ailəsilə birlikdə xaricdə yaşayan və ölkədə az müddətdə olan Arif Məmmədov Azərbaycanın bugünkü vəziyyətini necə “dərin analiz” edə bilər? Məlumat üçün qeyd edək ki, istirahət zamanı belə o, Azərbaycanda bir həftədən çox yaşamayıb.

Xaricdə işlədiyi müddətdə mühasibatlıq sənədlərini saxtalaşdıraraq büdcə xərclərini mənimsəyən, bu vəsaitlərə Brüsseldə ev və maşınlar alan Məmmədov bu gün özünü “vicdanlı adam” kimi qələmə verir. Bu pullar hesabına onun oğlu ABŞ-da təhsil alır. Hərbi xidmət yaşına çatmasına baxmayaraq, o, Azərbaycan Ordusunda xidmət etməyə tələsmir. Bütün bu illər ərzində Məmmədovun ailə üzvləri Facebook-da Vətənə “alovlu sevgilərindən” bəhs etsələr də, bir dəfə də Bakıya gəlməyiblər.

Sosial şəbəkələrdə “geri dönməz səfir” şouları nümayiş etdirərək, AND adlı “təlxək” təşkilatı yaradan Məmmədov Azərbaycan hökuməti və parlamentarilərinin ünvanın təhqirlər yağdırır, radikal islamçı Taleh Bağırovun müdafiəsinə qalxır, radikal müxalifətçilər – Əli Kərimli və Cəmil Həsənlini yaxın dostu hesab edir. Lakin bir zamanlar həmin Məmmədov iclaslarda çıxışı zamanı onları açıq şəkildə qınayıb və avropalı diplamatlar qarşısında ifşa etdiyindən qürurlanırmış.

Arif Məmmədov və onun tərəfdaşları üçün şəxsi mənfəət, Qərbdə problemsiz yaşamaq daha üstündür. Onları azərbaycanlı qaçqınların taleyi maraqlandırmır. Onlar ölkəmizi parçalamağa hazırdırlar. Ölkənin müstəqil daxili və xarici siyaəti ürəklərincə deyil. Çünki onlar üçün tək müqəddəs – puldur.

Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyil.

P.Abdulla

Xüsusi olaraq 1news.az üçün

Paylaş:
4525

Son xəbərlər

Sabah leysan olacaq - ProqnozBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12
Bütün xəbərlər