Beş yaşlı azərbaycanlı beynəlxalq turnirdə birinci olub | 1news.az | Xəbərlər
İdman

Beş yaşlı azərbaycanlı beynəlxalq turnirdə birinci olub

17:15 - 28 / 03 / 2016
Beş yaşlı azərbaycanlı beynəlxalq turnirdə birinci olub

Budapeştdə baş tutan bədii gimnastika üzrə üçüncü Beynəlxalq “Bahar kuboku – 2016” turniri başa çatıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mötəbər tədbirdə Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə yüksəlib.

2001-2011-ci il təvəllüdlü gimnastların yarışında ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya və Herseqovina, Polşa, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak ediblər. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, beynəlxalq turnirə vəsiqə qazana bilib.

Qeyd edək ki, beynəlxalq yarışda qalib olan M.Abbasova Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.

1news.az

Paylaş:
982

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər