Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO

Qafar Ağayev17:11 - 10 / 05 / 2024
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin nümayəndə heyətinin "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizə səfəri başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tükiyəli qonaqlar səfər çərçivəsində Quru Qoşunlarını və Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qardaş ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan hərbi hissələrdə olub.

Qonaqlara işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan şərait, eləcə də bölmələrimizin arsenalında olan döyüş texnikaları ilə tanış olublar.

Sonra hərbi qulluqçularla görüş keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqlar torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən bölmələrin keçdiyi döyüş yolu haqqında geniş məlumatlandırılıb.

Daha sonra türkiyəli nümayəndələr Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Türkiyəli nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi təhsilin cari vəziyyəti müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Paylaş:
239

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər