Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Qafar Ağayev15:45 - 10 / 05 / 2024
Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Azərbaycanda idxalçılar standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması məqsədilə qanunvericiliyə uyğun olaraq tələb olunan müvafiq sənədləri tam şəkildə təqdim etməlidirlər.

1news.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün müraciətlər Keyfiyyət portalı (https://e-keyfiyyet.gov.az/) vasitəsilə qəbul olunur. Müraciətlərin elektron qaydada edilməsi idxalçılara gömrük rəsmiləşdirməsi zamanı prosedurların sürətli həyata keçirilməsi və xidmətdən qısa müddətdə yararlanmaq imkanını təmin edir:

“Bir çox hallarda xidmətdən istifadə edən idxalçılar qanunvericiliyə uyğun olaraq tələb olunan müvafiq sənədləri natamam şəkildə təqdim edirlər. Belə hallar isə öz növbəsində müvafiq icazə sənədinin verilməsində çətinliklərin və gecikmələrin yaranmasına səbəb ola bilər. Sahibkarların nəzərinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə əsasən, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə fiziki və hüquqi şəxslər Dövlət Xidmətinə Keyfiyyət Portalı vasitəsilə ərizə ilə müraciət etməlidirlər”

Qeyd olunub ki, ərizədə standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları göstərilməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

- standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;

- istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);

- standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;

- standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;

Sertifikatların verilməsi Bakı KOB evində ənənəvi qaydada həyata keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.

Paylaş:
96

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTOBu gün, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEOBu gün, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşibBu gün, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənibBu gün, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilibBu gün, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi iləBu gün, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıbBu gün, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYEBu gün, 17:01Qarabağ Universitetinə rektor təyin edilibBu gün, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilibBu gün, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıbBu gün, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edibBu gün, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51
Bütün xəbərlər