Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTO

10:14 - 01 / 05 / 2024
Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTO

“Birlikdən qazan” şüarı ilə 26 aprel 2024-ci il tarixində “Gülüstan Sarayı”nda 600 nəfərdən çox iştirakçı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb.

“Facemark”, “HR Option” “HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”, “Peoplise” “Business School Istanbul” şirkətlərinin platinum sponsorluğu, “BeIT & Partners”, “LOQO”, “DataExpert”“IST Services” şirkətlərinin gold sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın silver sponsorluğu ilə 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin və Milli İnsan Resursları Forumunun layihə rəhbəri Cabir Süleymanlının açılış nitqi ilə davam edib.

3 moderator və 16 spiker "Birlikdə qazan" şüarı ilə "Top uğrunda mübarizə", " Mərkəz xətti", " Oyundan kənar vəziyyət" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə ediblər.

"MİRF"in layihə rəhbəri Cabir Süleymanlının moderator olduğu “Top uğrunda mübarizə” panelində “GDG Professionals” şirkətinin təsisçisi və Baş Direktoru Gülzar Quliyeva, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı, Fərqanə Məmmədova, Veysəloğlu Şirkətlər Qrupu Qrup ofis direktoru (Aparat rəhbəri) Zaur Zeynalov, ADA Universitetinin Rekruitment Meneceri Dr. Aytəkin Hüseynova, “Peoplise” MMC-nin Satış və müştəri əlaqələri üzrə rəhbər Doğuşcan Oto və "Yüksəliş" müsabiqəsi Testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova komanda quruculuğu istiqamətində öz təcrübələrini bölüşüblər. Həmçinin panel zamanı top kadrların cəlb edilməsi, HR-ın şirkətin hədəflərinə çatmasında və doğru komandanı formalaşdırmasındakı rolu kimi bir çox önəmli mövzulara toxunulub.

İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bərdirxanovun moderator olduğu "Mərkəz Xətti" panelində “ALPHA Coaching & Consulting” MMC-nin İcraçı direktoru Elçin Əzimli, “Project Management Baku” MMC-nin Təsisçisi Xədicə Berktaş, İnsan resursları üzrə konsultant Vahidə Rzayeva, “PAŞA Həyat Sığorta” ASC-nin Baş İnsan resursları İnzibatçısı Coşqun İmanquluyev və “KPMG Türkiyə”nin İnsan Resursları direktoru Neslihan Çakıt komanda dinamikləri necə müəyyənləşdirilməlidir, düzgün komanda necə qurulmalıdır, təcrübələrindən, tarixdən, futboldan, kinolardan nümunələr və analogiyalarla komanda oyunçusu necə olmalıdır mövzularında fikir mübadiləsi ediblər.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərovun moderator olduğu "Oyundan kənar vəziyyət" panelində Caspian Capital Group şirkətinin icraçı direktoru Elvin Mahmudov, McDonalds Azərbaycanın İnsan Resursları Departamentinin Direktoru Anar Bayramov, “BP”nin İnsanlar və Korporativ Mədəniyyət üzrə Partnyoru Çinarə Əhmədova, “PMD Hospitality” MMC-nin İnsan Resursları üzrə direktoru Azad Ömərov və “DataExpert & BMI Business School İstanbul”un sədri Hasan Altunkayanın spikerliyi ilə baş tutub. Panel zamanı komandaların motivasiya edilməsi, komandaların uğursuzluq keyslərinin, komandanı demotivasiya edən halların, eyni zamanda komandanı komanda edən mövhumların müzakirəsi aparılıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar sertifikatla, həmçinin dəyərli hədiyyələrlə təmin olunlubar. Həmçinin bu il ilk dəfə olaraq forumda HR sahəsinə dair mini tamaşa da təqdim edilib.

Reklam hüququnda

Paylaş:
82

Son xəbərlər

Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51
Bütün xəbərlər