Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - Təfərrüat | 1news.az | Xəbərlər
Cəmiyyət

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - Təfərrüat

Qafar Ağayev11:07 - 25 / 04 / 2024
Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - Təfərrüat

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Bu barədə 1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatına istinadən xəbər verir.

Bildirilir ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Paylaş:
110

Son xəbərlər

Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00
Bütün xəbərlər