Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qafar Ağayev12:06 - 24 / 04 / 2024
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayıb.

Bu barədə 1news.az-a idarədən məlumat verilib.

Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.

Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.

Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.

Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.

Paylaş:
82

Son xəbərlər

Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edibBu gün, 11:49Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00
Bütün xəbərlər