DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Qafar Ağayev15:54 - 24 / 04 / 2024
DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış anlaşma memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub, eyni şərtlərlə yenidən memorandum imzalanması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, memorandum çərçivəsində 2023-cü ildə DİM öz ekspertlərini Gürcüstana göndərib və onlar MQİM-də müəllimlərin peşəkar ixtisasartırma imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı materiallarının qapalı şəraitdə ekspertizasını həyata keçiriblər. MQİM, öz növbəsində, DİM-in buraxılış imtahanlarında (9-cu və 11-ci siniflər) gürcü dili fənni üzrə istifadə etdiyi test tapşırıqlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işlərini aparıb.

Qeyd edək ki, imzalanmış anlaşma memorandumları Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının protokollarinda da öz əksini tapır və icrası barədə qurumlar tərəfindən hesabat verilir.

Görüşün sonunda M.Abbaszadə N.Tseretelini Azərbaycana işgüzar səfərə dəvət edib.

Paylaş:
139

Son xəbərlər

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edibBu gün, 11:49Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12
Bütün xəbərlər