Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıb

09:09 - 19 / 04 / 2024
Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıb

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.

V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd dək ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
76

Son xəbərlər

Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35
Bütün xəbərlər