Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

15:19 - 19 / 04 / 2024
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda, həmçinin cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı Müstəqil Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquq mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən danışıb, uzumüddətli institusional əməkdaşlığın təsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlu fəaliyyətini yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün faydalı olacağını bildirib.

Paylaş:
106

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20
Bütün xəbərlər