Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO

19:43 - 18 / 04 / 2024
Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO

Avstriya nümayəndələri ilə görüşdə potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Qünter Qraberlə görüş keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı sərmayədarlar fəal işbirliyinə dəvət olunub.

Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.

Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda yüksək texnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər, nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif edir.

Paylaş:
95

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər