Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Qafar Ağayev15:33 - 17 / 04 / 2024
Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

1news.az-ın xəbərinə görə, bunu Rumıniyanın paytaxtı Buxarest şəhərində Parlament Sarayında Deputatlar Palatasının sədrinin və Rumıniya hökumətinin təşkilatçılığı ilə Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı deyib.

Qeyd edək ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində təşkil edilən Kiberdiplomatiya Üzrə Beynəlxalq Konfransda (ICCD) Rumıniya Senatı Nicolae Ionel Cıucă, Rumıniyanın digər rəsmi şəxsləri və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.

Xidmət rəisi çıxışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətindən bəhs edib.

Sammit çərçivəsində Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər, Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti, Təhlükəsiz Rəqəmsal Ticarət Mühitinin Təşviqi, İnkişaf etməkdə olan Texnologiyalar üçün Əməkdaşlığın Hüquqi Çərçivələri mövzusunda panel müzakirələr aparılıb. Panel müzakirələrdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov iştirak edib.

T.Məmmədov qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələrindən danışıb. O cümlədən T.Məmmədov süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların effektivliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti işini davam etdirir.

Paylaş:
94

Son xəbərlər

Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59
Bütün xəbərlər