BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO

Qafar Ağayev14:08 - 17 / 04 / 2024
BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağının açılışı olub.

1news.az xəbər verir ki, açılış mərasimində BDU rəhbərliyi, AMŞ-nin İdarə Heyətinin üzvləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını bildirib. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, praktikadan olan peşəkarların tədris prosesinə cəlbi baxımından Mətbuat Şurasının otağının açılması mühüm əhəmiyyətə malikdir. Bununla tələbə jurnalistlərin peşə vərdişləri daha da artacaq.

Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid isə qeyd edib ki, Şura ilə Jurnalistika fakültəsi arasında əməkdaşlıq getdikcə inkişaf edir: "Cəmiyyətin peşəkar jurnalistlərə hər zaman ehtiyacı var. Jurnalistika fakültəsini bitirənlər öz peşəkarlıqları ilə yanaşı, etik məsələlərə daha çox əməl etmələri ilə seçilirlər. Jurnalistika fakültəsində Mətbuat Şurası otağının olması çox yaxşı təşəbbüsdür. Şuranın müxtəlif komissiyalarının iclasları tələbələrimizin iştirakı ilə keçiriləcək. Bu, onların yetişməsində mühüm rol oynayacaq. Burada Mətbuat Şurasının üzvləri, tanınmış jurnalistlərlə tələbələrin müntəzəm görüşləri təşkil olunacaq. Bu, həm də BDU-nun ictimaiyyətə açıq olmasının göstəricisidir".

Paylaş:
105

Son xəbərlər

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37
Bütün xəbərlər