Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi

09:32 - 16 / 04 / 2024
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kənan Qubadzadəni Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədri vəzifəsinə seçilməsini təsdiq etdi.

1news.az xəbər verir ki, Kənan Qubazadə 2011-ci ildən Gənclər Mərkəzinin üzvü və müxtəlif vaxtlarda isə təşkilatın ali məktəblərlə iş üzrə koordinatoru, layihələrlə iş üzrə koordinatoru, İcra direktoru, sədr müavini kimi fəaliyyət göstərib.

Kənan Qubadzadə Gənclər Mərkəzinin müxtəlif layihələrinin rəhbəri kimi uğurlu fəaliyyət göstərib. O, Gənclər Mərkəzini Gənclər Təşkilatlarının Milli Şurasında təmsil edib. Kənan Qubadzadə fəaliyyəti ilə əlaqədar Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Şura, MQF tərəfindən fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin xətti ilə beynəlxalq tədbirlərdə iştirakçı olub. Nəzərinizə çatdırırıq ki, Gənclər Mərkəzi İctimai Birliyi 2006-cı il mayın 26-da təsis olunub. Elə həmin tarixdə də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Gənclər Mərkəzi Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının və Milli QHT Forumunun tam hüquqlu üzvüdür. Məqsədi gənclərin hərtərəfli inkişafına dəstək olmaqdır. Gənclər Mərkəzi ölkə daxilində və xaricində müxtəlif layihələrin təşkilatçısı və iştirakçısı olub

Paylaş:
95

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTO29 / 04 / 2024, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB29 / 04 / 2024, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutuldu29 / 04 / 2024, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB29 / 04 / 2024, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib29 / 04 / 2024, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub29 / 04 / 2024, 14:19
Bütün xəbərlər