Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb

Qafar Ağayev17:03 - 15 / 03 / 2024
Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınan operator və provayderlərin hesabatlılığı ilə bağlı fəaliyyətini davam etdirir.

İKTA-dan 1news.az-a verilən məlumata görə, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

Bildirək ki, uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.

Dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.

İKTA bir daha telekommunikasiya operator və provayderlərinə müraciət edərək bildirir ki, cari fəaliyyətlərini özündə əks etdirən müvafiq məlumatların tənzimləyici orqana vaxtında təqdim edilməsi məsələsinə həssas yanaşılmalıdır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş:
191

Son xəbərlər

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21
Bütün xəbərlər