Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO

17:33 - 12 / 03 / 2024
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO

Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur.

Sərgidə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə sərgidə iştirak edirlər.

Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. Eyni zamanda Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar.

Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların iştirak etdiyi sərgi martın 14-dək davam edəcək.

Paylaş:
407

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər