Elman Nəsirov: “AŞPA-dakı deputatların bir qisminin ya məşuqəsi, ya da həyat yoldaşı ermənidir” | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: “AŞPA-dakı deputatların bir qisminin ya məşuqəsi, ya da həyat yoldaşı ermənidir”

Ayşən İsmayılova17:30 - 30 / 01 / 2024
Elman Nəsirov: “AŞPA-dakı deputatların bir qisminin ya məşuqəsi, ya da həyat yoldaşı ermənidir”

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan əleyhinə qətnamə qəbul etməklə əslində öz mahiyyətini ortaya qoydu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Məlum oldu ki, bu təşkilatda Azərbaycanofobiya, islamofobiya, milli və etnik zəmində nifrət, ikili standartlar hakim mövqeyə malikdir. Bu təşkilatın 306 deputatından 90-ı bir yerə yığışıb 76-sı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Azərbaycan nümayəndə heyətinin etibarnaməsini təsdiqləmədi və nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdi. Burada bizim “günah”ımız nədir? Bizim “günah”ımız o olub ki, torpaqlarımızı işğaldan azad etmişik və seperatizmə son qoymuşuq.

Deputat qeyd edib ki, 1949-cu ildən fəaliyyət göstərən bu təşkilatın fəaliyyətinin ana prinsipi olan insan hüquq və azadlıqlarının müdafiəsidir.

“Və Azərbaycan 2001-ci ilin yanvarında bu təşkilata daxil olarkən əsas məqsəd bu idi. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımız torpağından didərgin düşüb, qaçqın və məcburi köçkün statusuna düşüb, düşünürdük ki, bu təşkilat bizə kömək olar və Ermənistanla münasibətdə təsir mexanizmlərini işə salar, onların nümayəndə heyətinin səlahiyyətini təsdiqləməz. Amma bunların heç biri olmadı. Hesab edirəm ki, Fransanın Yelisey sarayından gələn təlimatlar və onların suflyorluğu əsasında AŞPA öz tarixinin qara ləkəsi ola biləcək bir addım atdı”.

E.Nəsirov Azərbaycana qarşı qərəzli münasibət göstərilməsini bu sözlərlə izah edib:

“Bu 76 deputatı araşdıranda məlum olur ki, onların bir qisminin ya məşuqəsi, ya həyat yoldaşı ermənidir, ya da birbaşa birbaşa erməni lobbisinə bağlı olan şəxslərdir. Bu prosesdə xüsusi canfəşanlıq edən alman deputatı Frank Şvabenin məşuqəsi, Frank Engelin isə həyat yoldaşı ermənidir. Çox təəssüf ki, bu gün belə böyük bir qlobal təşkilat öz maraqlarını kənara qoyub daima erməni maraqlarına xidmət edir, bu biabırçılıqdır. Hesab edirəm ki, beynəlxalq hüququn keşiyində dayanan dövlətlər heç bir zaman bu qədər aşağı səviyyəyə enməmişdi. Faktiki olaraq, AŞPA antiAzərbaycan qərarı ilə öz oturduğu ağacın budağını budadı. Yenidən öz imicini bərpa etmək, ləyaqətli bir qurum olaraq ortaya çıxmaq üçün AŞPA Azərbaycana xahiş etməlidir ki, onları qəbul etsin. Bundan sonra münasibətlərimizin gələcəyi ilə bağlı addımlar atılsın. Hesab edirəm ki, AŞPA-nın bu addımı ən bağışlanmaz səhvlərdən biri kimi tarixdə qalacaq”.

Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməyə səs verib. AŞPA-nın bu addımın ardından Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib və bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığnı bildirib.

Paylaş:
311

Son xəbərlər

Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35
Bütün xəbərlər