“Prezident müsahibəsində Azərbaycanın bu günü, gələcəyi ilə bağlı çox vacib məqamlara toxundu” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Prezident müsahibəsində Azərbaycanın bu günü, gələcəyi ilə bağlı çox vacib məqamlara toxundu” - Deputat

Ayşən İsmayılova12:33 - 11 / 01 / 2024
“Prezident müsahibəsində Azərbaycanın bu günü, gələcəyi ilə bağlı çox vacib məqamlara toxundu” - Deputat

“Cənab Prezidentin müsahibəsində Azərbaycanın bu günü, gələcəyi, xüsusilə də Qarabağda baş verən proseslərlə bağlı çox vacib məqamlara toxundu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Eyni zamanda Azərbaycanın gələcəyi ilə bağlı dövlətçiliyimizin, müstəqilliyimizin güclənməsi, təhdidlərdən xilas olma və s. istiqamətdə çox önəmli məsələlər müzakirə olundu.

Əlbəttə, insanlarımızı düşündürən bir çox məsələ var. Onların müəyyən bir hissəsi Qarabağdakı proseslər, Ermənistanın törətdiyi təxribatlar, sülh müqaviləsi kimi məsələlər idi. Cənab prezident bu dəfə çox dəqiq və açıq mesajlar verdi. Həm sülh müqəviləsinin imzalanması ilə bağlı, həm delimitasiya, demarkasiya kimi məsələlərlə bağlı”.

Deputat, İlham Əliyevin seçkilərlə və digər məsələlərlə bağlı bir çox məqama toxunmasından da bəhs edib.

“Qarşıdan Prezident seçkiləri gəlir. Hesab edirəm ki, cənab Prezident bu seçkilərlə bağlı görüləcək işlər və atılacaq addımlara çox geniş və ətraflı şəkildə yer verdi. Eyni zamanda Azərbaycanın enerji layihələri, Qərblə münasibətləri və bu istiqamətdə görülən işlər, ölkəmizə qarşı törədilən təxribatlar, Fransanın Azərbaycanla bağlı addımları və digər məsələlərin ətrafında çox yaxşı bir müzakirə aparıldı. Hesab edirəm ki, belə bir müsahibənin verilməsinə ehtiyac var idi. Çünki insanları düşündürən bəzi suallar var idi. Düşünürəm ki, o sualların mütləq əksəriyyətinə cavab verildi. Bu müsahibə bir daha onu göstərdi ki, İlham Əliyev ölkəmizin üzləşdiyi problemləri də, onların həlli yollarını da çox dərindən bilir. Azərbaycanın daha güclü təməllər üzərində qurulması, dövlətçiliyin gücləndirilməsi istiqamətində addımlarla bağlı çox dəqiq və konkret planları var. Bu mənada müsahibə xüsusi önəm daşıyır. Bu müsahibə həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı bir çox konturları müəyyənləşdirən, cızan, ciddi mesajları özündə ehtiva edirdi”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Cənab Prezident müsahibə zamanı insanları düşündürən bir çox sualı təfsilatlı şəkildə cavablandıraraq vacib məqamlara geniş yer verib.

Paylaş:
334

Son xəbərlər

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47
Bütün xəbərlər