“Bu hal kütləvi olarsa, qiymətlərin enməsinə gətirib çıxara bilər” - Daşınmaz əmlak bazarında VƏZİYYƏT | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bu hal kütləvi olarsa, qiymətlərin enməsinə gətirib çıxara bilər” - Daşınmaz əmlak bazarında VƏZİYYƏT

Ayşən İsmayılova14:15 - 08 / 01 / 2024
“Bu hal kütləvi olarsa, qiymətlərin enməsinə gətirib çıxara bilər” - Daşınmaz əmlak bazarında VƏZİYYƏT

Ötən il bir çox sahədə olduğu kimi mənzil bazarında da müəyyən dəyişikliklər və yeniliklər müşahidə olundu.

Bəs 2023-cü il daşınmaz əmlak bazarında nələrlə yadda qaldı? Keçən il baş verən verən dəyişiklər yeni ildə evlərin və kirayə mənzillərin qiymətinə necə təsir edəcək?

1news.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev il ərzində Bakıda və rayonlarda ev alqı-satqı və kirayəsi ətrafında cərəyan edən proseslərdən danışıb.

“Ötən il daşınmaz əmlak bazarında Bakı, Abşeron, Sumqayıt və Xırdalan kimi daha çox tələbat olan ərazilərdə kəskin qiymət artımı baş verdi. Bundan əlavə, bir çox yeni qərarlar da çıxdı. 2023-cü il oktyabrının 1-dən çıxarışı olmayan fərdi həyət evlərinə kommunikasiya xəttlərinin çəkilməməsi tapşırığının olması onlardan biri idi. Bu da çıxarışsız və təyinatı fərqli olan torpaq sahələrinə tələbatı kəskin sürətdə azaldacaq. Çünki artıq vətəndaş ucuz alıb nə isə tikə bilməyəcək, tiksə belə kommunikasiya çəkə bilməyəcək deyə onların qiymətində enmələr oldu. Başqa bir tərəfdən də çıxarışlı torpaqların və mənzillərin qiymətində artımlar baş verdi ki, buna süni artım deyə bilərik. Yəni bir səbəb olmadan qiymətlər qalxdı. Ötən il əmlak bazarında yaxşı hadisə kimi yadda qalan hadisə 50 minə yaxın çıxarışsız qeyri-yaşayış obyektinə çıxarışlar verilməsinə start verildi. Bu da, təbii ki, həmin əmlakların bazar dəyərini artıracaq. Ümumən götürsək, mənzil bazarında ciddi qiymət artımı oldu. Amma ilin sonuna doğru – təxminən noyabr ayından başlayaraq əmlak bazarında çox ciddi şəkildə alıcı qıtlığı müşahidə olunur”.

Ekspert bölgələrdəki mənzil bazarının qiymətlərindən də bəhs edib:

“Quba, Xaçmaz, Şəki, Qəbələ, Lənkəran kimi daha çox tələbat olan, yəni turistik rayonlara axın edilir. Oraya tələbatın çox olması səbəbindən həmin ərazilərdə qiymət artımı baş verir. Çünki nəinki yerli sakinlər, başqa bölgələrdən gələn insanlar da həmin ərazilərdə daşınmaz əmlaklar alırlar. Bu ərazilərdə də qiymət artımı baş verir. Bu həm də pandemiya dövründə həm hava, həm də quru yolları bağlı olduğu üçün insanlar istirahət üçün məcburən xarici ölkələrə yox, Azərbaycanın turistik bölgələrinə üz tutdular. Bu da, təbii ki, turizmin daha çox inkişafına gətirib çıxardı. Bu səbəbdən də həmin ərazilərə daha çox tələbat var”.

E.Fərzəliyev son olaraq işğaldan azad olunmuş ərazilərə qayıdışın mənzil bazarındakı qiymətlərə təsirini də şərh edib:

“Məcburi köçkünlər bir müddət yataqxanalarda yaşadılar. Daha sonra dövlət tərəfindən evlər tikildi, onlara verildi. Çox şükür, torpaqlarımız azad olundu. Həmin ərazilərimizdə tikinti işləri aparıldıqca və köçənlərin sayı artdıqca o yerə tələbat artır. Artıq məcburi köçkünlər üçün tikilən binaların bir hissəsi şəhid ailələrinə verilməsi üçün, bir hissəsi isə satışa çıxarılması üçün nəzərdə tutuldu. Bu kütləvi hal alarsa, əmlak bazarında qiymətlərin enməsinə və yaxud stabilləşməsinə gətirib çıxara bilər”.

Paylaş:
422

Son xəbərlər

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22
Bütün xəbərlər