7 ildırım vurmasından sağ çıxaraq “Ginnesin Rekordlar Kitabı”na düşən kişi 71 yaşında necə öldü? | 1news.az | Xəbərlər
Dünya

7 ildırım vurmasından sağ çıxaraq “Ginnesin Rekordlar Kitabı”na düşən kişi 71 yaşında necə öldü?

Ayşən İsmayılova14:38 - 07 / 01 / 2024
7 ildırım vurmasından sağ çıxaraq “Ginnesin Rekordlar Kitabı”na düşən kişi 71 yaşında necə öldü?

Bir il ərzində ildırımın bir insanı vurmaq ehtimalının 500.000-də 1 və ya 0.000002% olduğu deyilir.

Lakin bəzən elə istisnalar olur ki, nəinki hesablamaları pozur, hətta görən hər kəsi məəttəl qoyur. “Tarixin ən böyük istisnası Virciniya ştatındakı Şenandoah Milli Parkının gözətçisi olan Roy Klivlend Sallivan olub” desək, heç də yanılmarıq.

Sallivan 1912-1983-cü illər arasında yaşadığı 71 il ərzində yeddi dəfə ildırım vurduqdan sonra həyatına davam edib. Hətta bunu təsdiq edə bilməsə də, onu bir dəfə də uşaqlıq illərində ildırım vurduğunu söyləyir. 22 ayı ilə döyüşməsi isə Sallivanın maraqlı həyat hekəyəsinin içərisində sadəcə kiçik bir epizoddur.

İldırımla ilk tanışlıq

1news.az-ın məlumatına görə, Sallivanın ildırımla ilk sınağı 1942-ci ildə yanğın müşahidə qülləsində olarkən başlayıb. O hər tərəfi bürüyən alovların arasından çölə qaçsa da ildırım onun ayağının bir hissəsinin yandırmışdı. Bu, Sallivanın ən ağrılı ildırım təcrübələrindən biri kimi həmişəlik yaddaşına həkk oldu.

İkinci təcrübə

1969-cu ildə Sallivan yük maşını ilə dağ yolu ilə gedərkən yolun kənarındakı iki ağaca ildırım düşdüyünü gördü. Metal insan bədənindən daha yaxşı keçiricidir. Lakin həmin vaxt pəncərələr açıq olduğu üçün cərəyan bir pəncərədən girib digərindən çıxmışdı. Bu, onun qaşlarının və saçlarının ütülməsinə, qolundakı saatın qırılmasına və onun huşunu itirməsinə səbəb olmuşdu. Buna görə də maşını yoldan çıxaraq xəndəyə düşmüşdü.

Üçüncü sınaq

Sanki ildırımın Sullivana “yaşadığın yeri tanıyıram və evində belə məndən qurtula bilməyəcəksən” ismarıcına bənzəyən üçüncü hadisə 1970-ci ildə baş verdi. Sallivan heç də tutqun olmayan bir gündə evinin bağçasına qulluq edərkən ildırım onu çiynindən vurub və qaldırıb yerə çırpıb.

Dördüncü “raund”

1972-ci ildə artıq ildırım Sallivanın həyatının bir parçasına çevrilmişdi. Bu dəfə keşik çəkdiyi Loft dağında Şenandoah Milli Parkındakı keçikçi daxmasında idi. Deyilənə görə, o bir cızıltı duyub və çox keçmədən yanan şeyin öz saçı olduğunu anlayıb. O, özünü nəm dəsmallarla söndürdükdən sonra xəstəxanaya gedib. Bu hadisədən sonra mətbuata verdiyi açıqlamada Tanrının onu qovurmaq fikrində qərarlı olduğunu söyləyib.

İldırımlı kabuslar

Sallivan 1973-cü ildə yuxularında tez-tez onu ildırım vurduğunu gördüyü üçün bunu bir mesaj kimi qəbul etmişdi. Elə həmin ildə maşını ilə fırtınadan xilas olmağa çalışarkən bir buludun sanki onu təqib etdiyini və maşından enən kimi ildırıma tuş gəldiyini söyləyib. Bu dəfə ildırım bədəninin sol tərəfindən aşağı doğru hərəkət edərək ayaqqabısından torpağa çatdı. Bu hadisədən sonra kabusları sona çatdı. Sallivan həmin vaxtlar verdiyi açıqlamada Tanrının ona məchul bir səbəbə görə onun sağ qalmağına icazə verdiyini söylədi.

Altıncı şans

Lakin Tanrı ilə arasındakı “müqavilə” sadəcə 3 il çəkdi və 1976-cı ildə onu yenidən ildırım vurdu. O qaçmağa çalışarkən topuğunu zədələdi. Üstəlik, saçı da yanmışdı. Amma o, artıq bu vəziyyətə öyrəşmişdi.

Axırıncı döyüş və ayılar

Sonuncu ildırıma isə bir gölün yanında balıq tutanda tuş gəldi. Bu dəfə də saçları yanmışdı. Bundan əlavə, ildırım bədəni ilə aşağı hərəkət edərkən sinəsini və qarnını yandırmışdı. Yağışdan qaçan zavallı kişi bu dəfə doluya tutuldu. Çünki maşınına qayıdarkən bir ayı ilə üz-üzə gəldi. Onu çubuqla vurub qovan Sullivanın dediyinə görə, bu, onun başına gələn 22-ci ayı hadisəsidir.

Heç vaxt ildırıma məğlub olmayan Sallivan 1983-cü il sentyabrın 28-də səhər saatlarında yatağında ölü tapılıb. O, ov tüfəngi ilə başına atəş açaraq həyatına son qoyub.

Sallivan təxminən 40 il əvvəl vəfat etsə də, ildırım vuran və sağ qalan insanların sayına görə “Ginnesin Rekordlar Kitabı”na düşməyi bacarıb.

Paylaş:
485

Son xəbərlər

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45
Bütün xəbərlər