Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan | 1news.az | Xəbərlər
Dünya

Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan

Ayşən İsmayılova11:15 - 07 / 01 / 2024
Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan

Nə qədər inanılmaz olsa da, dünyada 20 yaşında 1.42 metr, 52 yaşında isə 2.34 metr boyunda olan bir insan yaşayıb.

Söhbət həyat hekayəsi 1899-cu ildə başlayan Adam Rainerdən gedir.

1news.az məlumat verir ki, o, Avstriya-Macarıstan İmperiyasının sərhədləri daxilində yerləşən və hazırda Avstriyanın əyalətlərindən biri kimi tanınan Qratsda anadan olub.

O, ortaboylu bir ailənin oğlu idi, lakin çox balaca, arıq və yaşına görə olduqca qısaboylu idi. Fiziki xüsusiyyətləri uyğun olmasa da, Rainer əsgər olmaq istəyirdi. Birinci Dünya Müharibəsi başlayanda orduya getmək istəsə də, boyu 1,40 metr olduğu üçün istəyi rədd edilib. Yaşına görə anormal dərəcədə qısa olan Adamın boyu 1,47 metr həddinin altında olduğu üçün “cırtdan” olaraq etiketlənirdi. Lakin əsgərliyə getmək istəyindən heç vaxt əl çəkmədi. 20 yaşı tamam olanda bəxtini bir daha sınadı.

Təəssüf ki, 1.42 boyu ilə bir daha məyus oldu və ordu tərəfindən qəbul olunmadı. Adam Rainer cırtdan kimi tanınırdı, lakin tibbi sənədlər onun əl və ayaqlarının özü ilə eyni boyda olan insanların əl-ayaqlarından normadan daha böyük olduğunu göstərirdi. Çünki ayaq ölçüsü 43 idi və bu, həmin boyda biri üçün olduqca böyük idi. Adam Rainerin eşidən hər kəsi heyrətə gətirən həyat hekayəsi məhz bu vaxtdan etibarən başladı.

Bir vaxtlar cırtdan kimi bilinən Adam, boyu həddindən artıq uzandığı üçün qozbelləşməyə başlamışdı. O, çox keçmədi ki, tibb aləminin önəmli insanlarının da diqqətini çəkib. 1930-1931-ci illərdə həkimlər A. Mandl və F. Vindholz onu yaxından analiz edərək qəfil və anormal şəkildə böyüməsinin səbəbini ortaya çıxardılar. Hər iki həkim Adam Rainerə akromeqaliya (nəhənglik) diaqnozu qoydular.

Qısa müddətdən sonra nəhəngləşmə probleminin arxasında hipofiz vəzini sıxan bir şişin olduğu anlaşıldı. Adəmin dərhal əməliyyat olunmasına qərar verildi. Uğurlu bir əməliyyatla şişi çıxaran həkimlər, əməliyyatdan sonra Adamın böyüməsinin dayanacağını düşünsələr də, təəssüf ki, heç nə gözlənildiyi kimi olmadı. Əməliyyatdan sonra onun böyüməsi dayanmadı, sadəcə olaraq yavaşladı. Bundan əlavə, şiş ucbatından olduqca böyümüş əl və ayaqları Adamın xarici görünüşünü insanlara qəribə gələcək səviyyəyə çatdırdı.

Əvvəl kor, sonra kar oldu

Adam Rainer bu problemə görə sağlamlığını da itirməyə başladı. Əvvəlcə sağ gözü kor oldu, sonra isə sol qulağı kar oldu. Onurğasının əyriliyi açıq-aşkar qozbelliyə səbəb olduğundan, o, ayaq üstə durmaq qabiliyyətini tamamilə itirib yataq xəstəsi oldu. O, 52 yaşında 2,34 metr boyu ilə ölkəsinin ən uzun insanı olaraq evində dünyasını dəyişdi. Beləliklə, Rainer dünyada həm “cırtdan”, həm də “nəhəng” olaraq təsnif edilən yeganə insan kimi adını tarixə yazdırmağı bacardı.

Paylaş:
506

Son xəbərlər

Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36
Bütün xəbərlər