“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ

Ayşən İsmayılova15:20 - 08 / 12 / 2023
“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ

“Hərbçilərin qarşılıqlı olaraq geri qaytarılması Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar nəticəsində baş tutdu”.

Bu sözləri 1news.az-a “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov Azərbaycanla Ermənistan arasında 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq olunması ilə bağlı açıqlamasında deyib.

“Artıq müharibə dövrü başa çatıb. Hazırda sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar davam etməkdədir. Yeni münasibətlərin qurulması üçün humanitar məsələlərdə bir sıra irəliləyişlər etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Ermənistandan fərqli olaraq həmişə öz humanizmi ilə seçilib. Biz müharibədən sonra İrəvanı başa salmağa çalışırdıq ki, keçmişə yox, gələcəyə baxmaq lazımdır. Qonşuluq siyasəti işğalçılıq siyasəti ola bilməz. Yeni səhifə açmaq lazımdır və bu yeni səhifənin açılması üçün belə addımlar vacibdir”.

Zaur Məmmədov

“Yeri gəlmişkən, azad edilənlər arasında Qarabağda Azərbaycan xalqına qarşı cinayətlər törədən, Azərbaycan torpaqlarının işğalda saxlanılmasına çağırışlar edən şəxslər yoxdur” - deyə, Z.Məmmədov əlavə edib:

“Bu isə o deməkdir ki, rəsmi Bakı kimin kim olduğunu çox yaxşı bilir. Bilirik ki, hazırda Brüssel və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi ilə bağlı hazırlıqlar getməkdədir. Həmin görüşdə çox vacib məqamlara toxunulacaq. ABŞ və Azərbaycan arasında son zamanlar olan təmaslar Bakının tələblərinin nədən ibarət olmasını həm Qərbin, həm də Ermənistanın diqqətinə çatdırır. İndi görək Ermənistan Azərbaycanın tələblərinə necə cavab verəcək?”

Qeyd edək ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Hüseyn Axundov ilk olaraq Ermənistan dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatı qaçaqmalçılığında, o cümlədən aprelin 12-də mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunaraq barəsində 20 illik həbs qərarı çıxarılmışdı.

Lakin 6 dekabr 2023-cü il tarixində Ermənistan məhkəməsi zavodun digər mühafizəçisinin şikayətini təmin edərək H.Axundov barəsində ömürlük həbs qərarı çıxardı.

Həmçinin digər azərbaycanlı əsir Aqşin Bəbirova da dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah, sursat qaçaqmalçılığında günahlandırılaraq 11,5 il müddətinə həbs cəzası verilmişdi.

Həmçinin oxuyun: Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib

Paylaş:
298

Son xəbərlər

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47
Bütün xəbərlər