“Qarabağ” avrokuboklarda unikal göstəriciyə imza atıb | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” avrokuboklarda unikal göstəriciyə imza atıb

Qafar Ağayev10:57 - 06 / 10 / 2023
“Qarabağ” avrokuboklarda unikal göstəriciyə imza atıb

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” klubu ilk iki turdan sonra turnirdə qol buraxmayan üç komandadan biridir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda 6 xalla H qrupunda ikinci olan Ağdam təmsilçisi qapısını toxunulmaz saxlaya bilib.

Qrupdakı ilk matçında Bakıda Norveçin “Molde” klubuna bir cavabsız qolla qalib gələn “köhlən atlar” İsveçdə “Hekken” komandasına da eyni aqibəti yaşadıb - 1:0.

İki turdan sonra Avropa Liqasında qol buraxmayan digər iki kollektiv isə Yunanıstanın “Panatinaikos” və Çexiyanın “Slaviya” (Praqa) klublarıdır.

Çempionlar Liqası və Konfrans Liqasını da nəzərə alsaq, “Qarabağ” bu göstərici ilə qapısını toxunulmaz saxlayan ümumilikdə altı komandadan biridir. Çempionlar Liqasında “Barselona” və “Milan”, Konfrans Liqasında isə Fransanın “Lill” klubu ilk iki turda qol buraxmayıb.

Bundan başqa, cari mövsüm avrokubokların qrup mərhələsində qapısında qol görmədən altı xal toplayan cəmi üç komanda var ki, onlardan biri də Azərbaycan çempionudur. Digər iki kollektiv isə “Barselona” və “Slaviya”dır.

Paylaş:
2298

Sizin üçün xəbərlər

Son xəbərlər

İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 10:25“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEOBu gün, 10:12İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edibBu gün, 10:11Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıbBu gün, 10:03Komissiya katibi: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaqBu gün, 09:54Ötən gün axtarışda olan 59 nəfər saxlanıldıBu gün, 09:42Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblarBu gün, 09:37Goranboyda 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıbBu gün, 09:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək!Bu gün, 09:18Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEOBu gün, 09:13Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:11
Bütün xəbərlər