Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva10:00 - 02 / 10 / 2023
Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ

"Azərbaycanlılar mehriban, səxavətli, qonaqpərvərdilər və Bakıda olduğum zamanlarda bu xalq mənlə çox yaxşı davrandı".

Bu sözləri 1news.az-a müsahibəsində avstraliyalı musiqişünas Con Varney deyib.

Con Varneylə geniş müsahibəni diqqətinizə çatdırırıq:

- Salamlayıram sizi. Gəlin, daha yaxından tanış olaq. Necə oldu ki, siz Azərbaycan dilini belə yaxşı öyrəndiniz?

- Mən də sizi salamlayıram. Çox sağ olun ki, bu müsahibəni təşkil etdiniz. Mən Avstraliyanın Brisben şəhərində yaşayıram. Mən azərbaycanca yaxşı bildiyimi düşünmürəm. Bu dili daha yaxşı öyrənməyə, inkişaf etdirməyə çalışıram. Bunun üçün azərbaycanlılarla danışıram. Mən onlara ingilis dilini öyrədirəm, onlar da mənə azərbyacanca öyrədir. Düzü bir azərbaycanlı biləndə ki, mən onun ana dilini öyrənirəm, bu onlara təəccüblü gəlir. Baxmayaraq ki, həm azərbaycanca, həm də ingiliscə tamam fərqli dillərdir, mən yenə də öyrənməyi sevirəm.

- Azərbaycana ilk dəfə nə ilə bağlı gəldiniz?

- Mən ixtisasca musiqişünasam. Kontrabasda ifa üzrə ixtisaslaşaraq, simli alətlərdə ifanın pedaqogikasını öyrənmişəm. Bu sahənin peşəkarlarından biri kimi tanınıram. Kontrabasda ifanı İtaliyanın çox məşhur ifaçılarından öyrəndikdən sonra altı il Cənubi Amerikada, Kolumbiyada işləmişəm. Bundan sonra Avstraliyaya qayıdaraq ixtisasım üzrə çalışıram. Azərbaycana da elə ilk dəfə musiqi konfransı ilə bağlı gəlmişdim. İlk gəlişimdən başa düşdüm ki, bu ölkənin çox gözəl musiqisi var. Bu musiqilər mənə çox təsir etdi.

- Tarda ifa edə bilirsiniz. Necə oldu ki, bu musiqi alətində çalmağı öyrəndiniz?

- Azərbaycanın milli aləti olan tarda da ifa etməyi mənə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədov öyrədib. Mən bir çox Azərbaycan musiqiləri tarda ifa edə bilirəm. Bunlardan biri də “Bayatı-Şiraz”, “Sarı gəlin”-dir. Səxavət Məmmədov mənə həm də azərbaycan dilini də öyrədib.

- Bayaq da qeyd etdiniz ki, Azərbaycan və ingilis dilləri fərqlidir. İlk başda azərbaycancanı öyrənəndə nə kimi çətinlikər oldu?

- Azərbaycanca mənə çətin gəlirdi. Bilirsiniz, mühit çox önəmlidir. Mən Avstraliyada azərbaycanlı tanımıram. Əgər ətrafımda çoxlu azərbaycanlı olsa idi, daha da yaxşı öyrənərdim. Amma Azərbaycan dili çox gözəl bir dildir.

- Azərbaycanda olanda zaman ən çox nəyi bəyəndiniz?

- Çox şeyi, məsələn ölkənizin dadlı milli yeməkləri var. Azərbaycanlılar çox qonaqpərvərdilər.

- Azərbaycan xalqı haqqında nə düşünürsünüz?

- Azərbaycanlılar mehriban, səxavətli, qonaqpərvərdilər. Bakıda olduğum zamanlarda sizin xalq mənlə çox yaxşı davrandı.

- Əgər Azərbaycanda Avstraliya səfirliyi açılsa, fəaliyyət göstərmək istərdiniz?

- Bu çox gözəl təşəbbüs olardı. Bəli, əlbəttə istəyərdim. Bu dili başa düşüb, danışa bildiyim üçün Azərbaycanda yaşamaq mənə çətin olmazdı.

- Yenidən Azərbaycana qayıtmaq planınız var?

- Bəli, çox istəyirəm. Amma hazırda biletlər çox bahadır. Əgər alınsa, bu ilin dekabrında yenidən Bakıya gələcəm.

- Azərbaycana və Azərbaycan dilinə olan sevginizə görə təşəkkür edirik!

- Minnətdaram! Çox sağ olun!

Paylaş:
2711

Son xəbərlər

Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40
Bütün xəbərlər