Azərbaycan Gənclər Fondu reallaşdırılmış layihələr haqqında informasiya təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Gənclər Fondu reallaşdırılmış layihələr haqqında informasiya təqdim edib

16:11 - 02 / 02 / 2016
Azərbaycan Gənclər Fondu reallaşdırılmış layihələr haqqında informasiya təqdim edib

Bu gün Azərbaycanın Gənclər Fondu 2015-ci ildə keçirdiyi iş və Gənclər günü ilə əlaqədar hesabat iclası keçirir.

1news.az xəbər verir ki, Tədbirdə çıxış edən Fondun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin dəstəyi ilə gənclər sferasında uğurlar əldə olunub.

“Azərbaycanda gənclərə yardım inkişaf etmiş ölkələr səviyyəsindədir”,- o deyib.

Tədbirdə çıxış edən Fondun aparatının rəhbəri Faiq Qürbətov qeyd edib ki, Fond 4 il müddətində 7 qrant müsabiqəsi keçirib.

“Bu müddət ərzində Fond 2333 layihəni dəstəkləyib”, - deyən F.Qürbətov bildirib ki, Fond gənclərin müxtəlif layihələrini dəstəkləməyə davam edəcək.

O, qeyd edib ki, 2015-ci ildə Fondda 2 qrand müsabiqəsi keçirilib.

“Layihələr Azərbaycanın müxtəlif bölgələrində baş tutub. 2015-ci ildə 306 nəfər Gənclər Fondunun layihələri çərçivəsində əməkhaqqı alıb”,- o, qeyd edib.

F.Qürbətov bildirib ki, QHT nümayəngələri üçün müxtəlif seminarlar təşkil olunub.

“Bakıda “Xocalıya ədalət” layihəsi çərçivəsində yürüş keçirilib və Euronews telekanalında göstərilib”- o, deyib.

2 fevralda Azərbaycanda Gənclər günü qeyd olunur. Azərbaycanda bu günü qeyd etmək ənənəsinin əsası ilk dəfə 1996-cı il 2 fevral tarixində keçirilən 1-ci Gənclər Forumu ilə qoyulub. Həmin forumda respublikanın bütün bölgələrindən gələn gənclər iştirak edib.

Forum bütün dövlət orqanları, gənclər təşkilatları, gənc insanlar qarşısında duran vəzifələri müəyyən etdi.

Müvafiq qurumların qarşısında duran əsas vəzifə gənclərin inkişafına yönələn tədbirlərin keçirilməsi, gənclərin problemlərinin qısa və effektiv şəkildə aradan qaldırmağa köməklik göstərmək oldu.

I Gənclər Forumu Azərbaycanda gənclərlə işin canlanmasına gətirib çıxardı. 1997-ci ildə Prezident Heydər Əliyev forumun keçirildiyi 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması haqqında fərman imzaladı.

Həmin gündən etibarən MDB və Şərqi Avropa ölkələrindən fərqli olaraq ilk dəfə Azərbaycanda Gənclər günü qeyd olunmağa başladı.

Xatırladaq ki, Beynəlxalq Gənclər günü (International Youth Day) BMT Baş Assambleyası tərəfindən 17 dekabr 1999-ciu ildə müəyyən olunub.

1news.az

Paylaş:
1644

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər