Dmitri Savelyev: Mehriban Əliyevanın təyinatı Azərbaycanın siyasi sistemini möhkəmləndirən məntiqi addımdır | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Savelyev: Mehriban Əliyevanın təyinatı Azərbaycanın siyasi sistemini möhkəmləndirən məntiqi addımdır

15:52 - 22 / 02 / 2017
Dmitri Savelyev: Mehriban Əliyevanın təyinatı Azərbaycanın siyasi sistemini möhkəmləndirən məntiqi addımdır

Xoşməramlı səfir, eyni zamanda Azərbaycanın siması olan Mehriban xanım, şübhəsiz ki, ölkənin beynəlxalq əlaqələrini genişləndirəcək və möhkəmləndirəcək, Azərbaycan Respublikasında iqtidarla vətəndaş cəmiyyətinin əlaqələrinə yeni səmimi çalarlar qatacaq.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatını şərh edərkən söyləyib.

Bu təyinatı Azərbaycanın ən müasir tarixində mühüm hadisə adlandıran deputat deyib: “Bu gün Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verib. Onun ən müasir tarixi ərzində ilk dəfə Birinci vitse-prezident təyin edilib. Bu vəzifəni Azərbaycanı çoxsaylı əhəmiyyətli beynəlxalq layihələrdə təmsil edən dünya şöhrətli ictimai xadim Mehriban Əliyeva tutub. Mehriban xanımın bu vəzifəyə təyin olunması Azərbaycanın siyasi sistemini möhkəmləndirən, dünyanın siyasi arenasında Azərbaycanın humanitar missiyasının əhəmiyyətini göstərən məntiqi addımdır. Bu qərarı yalnız alqışlamaq və yeni vəzifəsində Mehriban xanım Əliyevaya bol uğurlar arzu etmək olar.

AZƏRTAC

Paylaş:
420

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər