USD1.7202
EUR1.8529
RUB0.0298
Brent50.78
WTI48.07
Золото1 247.66
S&P 500 Index2 344.02
Nikkei 22519 041.38

Mübariz Əhmədoğlu: 2016-cı il Rusiya-ABŞ toqquşması ilə xarakterizə olunur 09.01.2017 11:13

Suriya tənzimlənməsində RF vəziyyətə nəzarəti tam əlinə keçirdi. Rusiya ABŞ-ı sıxışdırıb çıxardı. Hələbin terrorçulardan azad olması tənzimlənmədə yeni mərhələdir. Rusiya və Türkiyənin təqdim etdiyi layihə BMT TŞ-də yekdilliklə qəbul edildi. Bu ilk dəfədir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2016-cı il Azərbaycanda, eləcə də Cənubi Qafqazda baş verən siyasi, iqtisadi hadisələrlə bağlı xəbəri şərh edərkən bildirib:

“ABŞ, Bolqarıstan və Moldovadakı seçkilərdə qalib gəlmiş prezidentlərin qələbəsini Rusiya ilə əlaqələndirir. Türkiyə ilə münasibətlər normallaşdı. Aparıcı rol Rusiyaya məxsusdur. Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi də münasibətlərin pozitiv inkişafını dayandırmadı. “Türk axını” layihəsi razılaşdırıldı. Ərəb dövlətləri ilə münasibətlərdə aktivlik yeni keyfiyyət dönüşü yaratmaq ərəfəsindədir. Yaponiya ilə sülh danışıqları stimullaşdırıldı. Rusiya Kuril adalarında ən müasir sahil raket komplekslərini yerləşdirdi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan çıxdı. Nüvə qatarını sınaqdan keçirdi. Silah plutoniumu ilə bağlı ABŞ-la imzalanmış müqavilənin fəaliyyəti dayandırıldı. İranın Həmədan bazasından müvəqqəti də olsa istifadə etdi.

Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendumda brexit çıxma tərəfdarları qələbə çaldı.

ABŞ Rusiyaya qarşı sanksiyalarının sayını artırdı. Rusiyanın diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxartdı. ABŞ-ın fikrincə, RF ABŞ-dakı prezident seçkilərinə kiber hücumlarla müdaxilə etmişdir.

Xristian dininin iki lideri Moskva və Rusiyanın patriarxı Kiril və Vatikanın başçısı Roma Papası Fransisk görüşdülər. Bu 1054-cü ildən bəri ilk görüş idi. Yaxın Şərqdə baş verənlər xristian dünyasını koordinasiyalı hərəkətə vadar edir. Hər iki dini liderin dövlət başçıları ilə təmaslarının sayı artdı.

ABŞ-da paradoksal nəticəli prezident seçkiləri. H.Klintona səs verənlərin sayı D.Trampa səs verənlərin sayından 3 milyon nəfər çox olsa da ABŞ-ın seçki sisteminə görə, D.Tramp qalib gəldi. Aİ-nin ABŞ-dan narazılığı üzə çıxdı. Aİ təhlükəsizliyini ABŞ-a tapşırmaq istəmir, özü ordu yaratmaq niyyətindədir. D.Trampın prezident  seçilməsindən Aİ rəhbərliyi daha ciddi narahatdır. Terror hadisələrinin sayının artması və coğrafiyasının genişlənməsi Türkiyə, Fransa, ABŞ və Almaniya terrorçuların aktivləşdiyi dövlətlər oldu. Türkiyədə dövlət çevrilişinə cəhd və onun yaratdığı multiplikasion effekt.Türkiyənin Aİ, NATO və ABŞ-dan narazılığı artıb. Lazım olan dəstəyi Türkiyə bu qurumlardan ala bilmir.

İrana qarşı qoyulmuş Qərb sanksiyaları aradan qaldırıldı. ABŞ və Fransa ilə sərnişin təyyarələri almaqla bağlı çox milyard dollarlıq müqavilələr imzalandı. İlin sonlarında ABŞ-da prezident seçkiləri nəticəsi olaraq İrana qarşı yeni sanksiyalar tətbiq edildi.

OPEK neft hasilatını azaltmaqla bağlı qərar qəbul etdi. Əsas rol RF və Səudiyyə Ərəbistanına məxsus idi.

Ukraynanın Polşa və digər Şərqi Avropa dövlətləri ilə problemləri yaranır. Polşa Volın əyalətindəki 1943-45-ci illərdə Ukrayna millətçilərinin törətdiyi qırğınları rəsmən soyqırım adlandırdı. Ukrayna Donbasda (Debaltsevo) və Krıma yaxın ərazilərdə hərbi aktivliyini artırdı. Türkiyə İsraillə münasibətini normallaşdırdı. Kuba inqilabının lideri F.Kastro vəfat etdi. Onun dəfnində 1 milyondan çox adam iştirak etdi.

2016-cı il Ermənistanın daxili və xarici siyasətində, o cümlədən Dağlıq Qarabağla əlaqəli mövqeyində ciddi geriləmə baş verib.

Ermənistan narazıdır. Rusiya ilə narazılıq və gərgin münasibətlər bütün il boyu davam etmişdir. Ermənistanda ABŞ-ın qaldırdığı iddia əsasında Rusiya vətəndaşı həbs edildi. Rusiya Ermənistana təsirini artırmaq səylərini daha da gücləndirdi. Hava Hücumundan Müdafiə Sistemlərinin birləşdirilməsi və Birgə Qoşun Qrupu yaratmaqla bağlı qərarlar qəbul olundu.

Rusiya Ermənistanın siyasi hakimiyyətini öz təsiri altında saxlamaq üçün əvvəlki illərdə reallaşdıra bilmədiyi variantları məhz bu ildə reallaşdırdı.

Ermənilər Moskva və bütün Rusiyanın patriarxı Kirili təhqir etdilər. Onların fikrincə, Kiril Osmanlı imperiyasında ermənilərin başına gələnləri “soyqırım” hesab etmir. V.Putin Ermənistanla münasibətdə “obyektiv problem” terminindən istifadə etdi. RF prezidenti V.Putin Azərbaycanı Ermənistandan daha üstün tutduğunu gizlətmədi. RF Xİ naziri S.Lavrov ermənilərə Türkiyə ilə münasibətləri normallaşdırmağı təklif etdi. Bu normallaşmanın açarının Qarabağ tənzimlənməsi olduğunu bildirdi.

Rusiya Ermənistana satdığı qazın qiymətini 165 dollardan 150 dollaradək endirdi.

ABŞ-da D.Trampın prezident seçilməsi, R.Hoqlandın ATƏT MQ-yə həmsədr təyin edilməsi, ABŞ-ın bəzi mətbu orqanlarında ermənilərin əleyhinə yazıların dərc edilməsi Ermənistanı ABŞ-dan narazı saldı. S.Sərkisyan ABŞ-da investisiya forumunda iştirak etdi. Forum nəticəsiz başa çatdı. ABŞ rəsmilərindən heç kim S.Sərkisyanla görüşmədi. Ermənilər Fransadan narazıdırlar. “Erməni soyqırımının” kriminallaşması qanunu ermənilərin arzuladığı qanun deyil.

Fransa Azərbaycana “Spot-7” kosmik gəmisini satmaqla Azərbaycanın hərbi kəşfiyyat imkanını gücləndirib. Böyük Britaniyadan narazılığı səfirlik qarşısında bildirdilər. AŞPA-da britaniyalı deputat R.Uolterin hazırladığı məruzə ermənilərin hiddətinə səbəb olmuşdu. Almaniya səfirinə zor tətbiq edildi. Daxili siyasətdə Dağlıq Qarabağdakı aprel döyüşlərindən əvvəl də sosial gərginlik mövcud idi. Aprel döyüşlərindən sonra sosial gərginlik hərbi müxalifətin aktivləşməsinə şərait yaratdı. “Sasna srer” hadisələri S.Sərkisyanın təslimçilik siyasətinə etiraz idi. Amma ölkədə sosial-iqtisadi vəziyyət normal halda olsaydı bu baş verməzdi. Ermənilər NATO-dan narazıdırlar. Onların fikrincə, NATO Azərbaycanpərəst qurumdur. NATO erməniləri qrant yeməkdə günahlandırdı. Diasporla Ermənistan rəhbərliyi arasında narazılıqlar artdı və üzə çıxdı.

İran-Ermənistan münasibətləri xeyli aktiv olub. Bəzi parametrlər üzrə ziddiyyətlərlə xarakterizə olunur:

İran prezidenti H.Ruhaninin Ermənistana çoxdan gözlənilən səfəri reallaşdı. Səfərin əsas məqsədi ermənilərin Dağlıq Qarabağ tənzimlənməsində ruhdan düşməsinə imkan verməmək idi. İranın mövqeyinin Ermənistan cəmiyyətində düzgün anlayışı başlandı. Ermənilər başa düşdülər ki, Ermənistan İrana Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün lazımdır. İran Ermənistan üçün iri nəqliyyat və enerji layihələri reallaşdıra bilməz.  İranın Müdafiə Nazirliyinə tabe olan “ETKA” zavodu Ermənistan ordusuna ucuz qiymətə ərzaq konservləri, ayaqqabı və paltar verməyə başladı.

İran Ermənistanla vizasız rejimə keçdi.

Ermənistan ərazisi vasitəsilə Avropa ilə İran arasında multimodal yük daşımaların sınağı keçirildi. Aİ-Ermənistan münasibətləri ziddiyyətli olmuşdur. Ermənistanı bütün parametrləri üzrə kəskin tənqid edən Aİ ilin sonunda Ermənistanın sərhəd regionlarında iqtisadi təyinatlı qrant layihələri reallaşdırmağa başladı. Aİ ilə Ermənistan arasında tamhüquqlu müqavilənin deyil, texniki əməkdaşlığa imkan verən müqavilənin imzalanması nəzərdə tutulur.

“Sasun dəliqanlıları” (Sasna srer) hadisəsi aprel döyüşləri zamanı ermənilərin məğlubiyyətini, sosial-iqtisadi vəziyyətin ağırlığını və Ermənistandakı ədalətsizliyin kompleks təsiri nəticəsində baş vermişdi. Bir qrup keçmiş Qarabağ döyüşçüsü polis bölməsini girov götürərək hökumətin qarşısında şərtlər irəli sürdü. Bu, mahiyyətcə girov götürmə, terrorçuluq olsa da erməni xalqı bunu dəstəklədi. Erməni xalqının mentaliteti və Qarabağ klanın idarəçiliyi bu tipli hadisələrin gələcəkdə də olacağını istisna etmir.

“Qazprom”un regional strukturlarının birinin rəhbərliyində təmsil olunan, vaxtilə Yerevan şəhərinin qısa müddətə meri olmuş, uzun müddət “Armrosqazprom”un rəhbəri olmuş K.Karapetyan baş nazir təyin edildi. Onun baş nazirliyi prezident S.Sərkisyanın Qarabağ klanın başçısı kimi siyasi oyununun nəticəsidir. K.Karapetyan da əslən qarabağlıdır. Xarici borc sürətlə artıb. Baş nazirin bildirdiyinə görə, ÜDM-in 54%-dir. Prezident S.Sərkisyan özünün baş nazir ola biləcəyini istisna etmədi. Əvvəllər o bu variantı bütün parametrlər üzrə istisna etmişdi.

Roma Papası Fransisk Ermənistana səfər etdi. Roma Papası “erməni soyqırımı” terminini işlətmədi. Gümrüdən katolik kilsəsinin tikilməsində əsas məqsəd katoliklərin sayını artırmaqdır. S.Sərkisyan sonrakı müraciətlərində onun Papa Fransiskidən narazı qaldığı hiss olunur.

Almaniya bundestaqı “erməni soyqırımını” tanımaqla bağlı qərar qəbul etdi. Bundestaqın bu qərarı ermənipərəstlikdən daha çox antitürkiyəçilikdir. Ermənistanda Rəsmi statistikaya görə əhalinin sayı 3 milyon nəfərdən daha azdır. Hakimiyyət növbəti parlament seçkilərində iştirak etmiş seçicilərin siyahısını dərc etməyə razılıq verdi. Yerli qurumlara keçirilən seçkilər Ermənistana xas olan güllələmə və adam ölümü ilə baş tutdu. Ermənistanda korrupsiyanın səviyyəsi çox yuxarıdır və azalmır. ABŞ və Aİ-nin Ermənistandakı səfirlikləri və “Transparency International” təşkilatının bu mövzuda mövqeyi tam üst-üstə düşür.

Ermənistan hərbçilərinin korrupsiya ilə məşğul olması, varlanması barədə xeyli məlumatlar yayılsa da bunların araşdırılması mümkün deyil. Ermənistan ordusu üçün alınmış quru paylar Polşada dükanda satılır.

Ermənistanın “İskəndər” OTRK-a malik olması.

Müdafiə naziri vəzifəsinə qeyri-hərbiçi V.Sərkisyan təyin edildi. O, uzun müddət işləyən, əslən qarabağlı S.Ohanyanı əvəzlədi. “Ordu-millət konsepsiyası”nı irəli sürdü. İşləyənlərin hər birisindən 1000 dram vergi tutulması ilə bağlı qanun qəbul etdirdi. MDB məkanında rus dilinə statusun verilməsi ilə bağlı təklif yalnız Ermənistanda süngü ilə qarşılandı. Ermənistanın keçmiş baş naziri, ABŞ-dakı keçmiş səfir T.Sərkisyan Avrasiya İqtisadi Komissiyasının sədri təyin edildi. Bu, rotasiya qaydasının əlifba üzrə tələbidir.

Erməni mənşəli diplomat Movses Abelyan BMT Baş Katibinin assambleya və müşavirələr üzrə köməkçisi təyin edildi. Rəsmi Yerevan Ermənistana gəlmiş Suriya ermənilərinin vəziyyətindən istifadə edərək ABŞ və Aİ-dən 20 milyon dollar pul əldə edə bildi. Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının( ŞƏT) dialoq üzrə tərəfdaş statusunu aldı.Hakim “Respublika” partiyası daşnak partiyası ilə yeni koalisiya yaratdı.

2016-cı il Azərbaycan üçün daxili və xarici siyasət arasında kəskin fərqlər ilə xarakterizə olunur.

Manatın devalvasiya prosesinin dayanmaması, ölkənin iqtisadiyyatında neqativ proseslər, daha çox qlobal maliyyə böhranı və neftin qiymətinin dəfələrlə aşağı düşməsinin nəticəsidir. Maliyyə və iqtisadi sabitliyə nail olmaq üçün ölkə Prezidenti aktivliyini xeyli artırdı. Bir neçə qurum yaratdı. 12 strateji yol xəritəsi hazırlanıb təsdiqləndi. Bankların bağlanma prosesi.

Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Regional proseslərdə Azərbaycanın iştirak payı artıb.

Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” marşrutlarının qovşağına çevrildi.  “Şimal-Cənub” marşrutunun dəmir yolu Azərbaycan ərazisindən keçəcəkdir. Azərbaycan-Rusiya-İran arasında müvafiq sənədlər imzalandı. İş demək olar ki, başa çatıb. Azərbaycan İrana 500 milyon dollar kredit verdi. Azərbaycan Gürcüstan və Qazaxıstanla birgə nəqliyyat konsorsiumu yaratdı. Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu-bərə marşrutu uğurla sınaqdan keçdi.Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə “Lazurit koridoru” yaratmaq barədə müqavilə imzaladılar.

ABŞ-da keçirilən nüvə sammitində dünyanın nüvə təhlükəsizliyinin təminində Azərbaycanın mövqeyinə xüsusi diqqət ayrıldı. Prezident İ.Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdi.

Roma Papası Fransisk Azərbaycana səfər etdi. Azərbaycanın tolerantlığına xüsusi dəstək verdi. Papa Fransisk ölkə Prezidentinin ailə üzvləri ilə görüşdü. H.Əliyev fondu Vatikanın xahişi ilə katakombaların təmirini başa çatdırdı.

İranla münasibətlər maraqlı dinamikalı və ziddiyyətli olmuşdur. 2016-cı ildə Azərbaycanın xarici siyasətinin ən böyük uğuru İranla bağlıdır:

Bakıda Prezident İ.Əliyevin təşəbbüsü ilə üçtərəfli Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü keçirildi və üçtərəfli format təsdiqləndi. Bu 19-əsrdən yaranmış tarixi narazılığı aradan qaldırmaq istiqamətində vacib addım olmaqla yanaşı həm də Avrasiya materikində geostrateji sabitliyin təminində vacib addımdır. Üçtərəfli əməkdaşlıq mühüm geoiqtisadi resurs mənbəyidir. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq tarixi maksimumdadır. Mühüm psixoloji faktor baş verdi. Rəsmi Tehran Astarada (İran) dəmir yolu körpüsünün tikintisi üçün 500 milyon dollar kredit istədi, Azərbaycan bu krediti verdi. İran öz ərazisində Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycandan 800 milyon dollar kredit istəyir, Azərbaycan prinsipial razılığını verib.

İranın xarici siyasət və təhlükəsizlik konsepsiyasında dəyişikliklər müşahidə olunur:

İran ordusunun Quru Qoşunları İran İslam Respublikası Silahlı Qüvvələrinin sütunu olaraq öz hazırlığını yalnız ölkə sərhədləri çərçivəsində deyil, sərhədlərdən kənarda da qorumağa borcludur. Çünki, daşıdığı vəzifə sərhədlər ilə məhdudlaşmır.İran ordusunun quru qoşunlarının komandiri, general-mayor Purdəstanın bu bəyanatı dinc qonşuluq prinsiplərinə ziddiyyətli yanaşmanın nümayişidir. İran Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişib. Ermənistana yardım etmək istiqamətinə yönəlib. İran və Ermənistan Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq var; Aprel döyüşləri zamanı ermənilərin İran ərazilərini atəşə tutması İran tərəfdən cavabsız qaldı; Xudafərin hidroqovşağı və Araz AİZ-lə bağlı razılaşmalar unuduldu. Bu iki iqtisadi layihənin reallaşması Dağlıq Qarabağ tənzimlənməsinə şərait yaradırdı.

İsrailin baş naziri B.Netanyahu xanımı ilə Azərbaycana səfər etdi. Əsas məsələ iki ölkə arasında iqtisadi əlaqələri şaxələndirməkdir.

Rusiya ilə münasibətlər aktiv və dinamik olmuşdur. Rusiya Azərbaycanı beynəlxalq aləmdə haqlı nüfuz qazanmış və Rusiyanın etibarlı dostu hesab edir. Rusiya-Azərbaycan münasibətləri Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında vacib rol oynadı. Ermənistana silah satması və Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe Rusiyanın Azərbaycan istiqamətində siyasətinə kölgə saldı. Azərbaycan nota ilə RF-dən Ermənistana satdığı silahların işğal olunmuş Azərbaycan ərazilərinə göndərilməsinə, Azərbaycan-Ermənistan sərhədində yerləşdirməsinə imkan verməməyi tələb etdi.

Aİ ilə soyumuş münasibətlər yenidən aktivləşdi. Aİ rəsmiləri bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanıdıqlarını, Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını bildirdi.

Ölkə Prezidenti İ.Əliyev “Bizə heç kim kömək etməyib, etmir və etməyəcək. Buna ehtiyac da yoxdur” bəyanatını verdi. Çin nümayəndə heyətləri Azərbaycana çoxsaylı səfər etdilər. Ola bilər Çin Xəzərin qərb sahilinə keçmək kursu götürüb. Dünya Azərbaycanlılarının IV qurultayı keçirildi. Qurultay bir sıra problemləri üzə çıxardı.

Dünya azərbaycanlıları üçün mühüm strateji dönüş baş verə bilər. Fəallaşma göz qabağındadır. İranda və Gürcüstanda azərbaycanlıların  passionarlığı siyasi prosesin  məhsuludursa, özlərini azərbaycanlı kimi təqdim edən İraq və Suriya türkmənlərini aktivləşdirən təhlükəsizlik məsələləridir.

Konstitusiya islahatları referendumu keçirildi. Heydər məscidində şiə və sünnilər vəhdət namazı qıldılar. Braziliyada keçirilən XXXI Yay Olimpiadasında Azərbaycan 39-cu pillədə qərarlaşdı. Bu, Avropada 14-cü, MDB-də 2-ci, İslam dünyasında 1-ci nəticədir. Türkiyə-Azərbaycan münasibətlərində emosional faktor üstünlük təşkil etdi. Türkiyədə törədilən terror hadisələri bu fonu diktə etdi. Prezident İ.Əliyev Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etdi. Azərbaycan qlobal forumlar və beynəlxalq tədbirlər məkanı kimi də funksiyasını uğurla davam etdirib.

Pakistanın baş naziri Nəvaz Şərif, Venesuela prezidenti D.Maduro və Xorvatiyanın prezidenti K.Qrabar-Gitaroviçin Azərbaycana səfərləri böhran ilində də Azərbaycana marağın itmədiyinin göstəricisidir.

Tarif Şurası əhaliyə satılan təbii qazın qiymətini qaldırdı. Bu elektrik enerjisinin qiymətinin qalxmasına səbəb oldu.

2016-cı il Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın diplomatik və hərbi aktivliyin tarixi maksimuma çatması, Ermənistanın təslimçilik əhval-ruhiyyəsi ilə xarakterizə olunur.

İlin əvvəlində Azərbaycan tənzimlənmənin siyasi-diplomatik, Ermənistan isə  hərbi inkişaf yolunu aktivləşdirdi:

AŞPA-da Azərbaycanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi barədə iki qətnamənin geniş müzakirəsi və onlardan birinin qəbulu. Ermənistanın bütün dövlət resursları və dünya erməniliyi AŞPA-da o iki qətnamənin qəbul edilməsinin əleyhinə yönəlsə də, Avropa siyasi mühiti Ermənistanı rədd etdi, balans mövqeni seçdi.

Ermənistan ordusu “statik müdafiə” konsepsiyasından imtina edib, “Ram edilmə, cilovlanma” sisteminə keçdi. Ermənistan miqdar disbalansını neytrallaşdırmağın keyfiyyətli həllini reallaşdırmaq niyyətində idi. Ermənilər belə hesab edirlər ki, bu vaxta qədər Azərbaycan ordusunun açdığı atəşlərə Ermənistan ordusu cavab vermirdi. Bu Azərbaycanda erməni ordusunun gücünün zəif olması təsəvvürünü yaradıb. Bundan sonra erməni ordusu Azərbaycan ordusunun hərəkətlərinə qarşı elə cavab verəcək ki, Azərbaycan ordusu bir daha erməni ordusuna tərəf atəş aça bilməyəcək.

Dörd günlük aprel döyüşləri:

Ermənistanın daxili və xarici siyasətində sistemsizliyi və çaşqınlığı üzə çıxardı: Qısa müddət ərzində S.Sərkisyan müharibə ilə bağlı mövqeyini üç dəfə dəyişdi: a). Azərbaycan qoşunları aprelin 1-dəki  vəziyyətinə qayıtmalıdır. b). Atəşkəs müqaviləsi Azərbaycanla Dağlıq Qarabağ arasında imzalanmalıdır. prezident S.Sərkisyan müxalifətçilərin dediyi ərazidən də çox ərazinin itirildiyini etiraf etdi. Bu əraziləri heç bir strateji əhəmiyyəti olmayan ərazilər adlandırdı.

Erməni hərbçiləri Dağlıq Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT təmsilçilərinə hədə gələrək onların fəaliyyət planını poza bildilər. Meyitlərin mübadiləsi prosesi bir neçə dəfə dayandırıldı.

“Sasna srer” hadisəsi (iyun ayında bir qrup silahlı müxalifətçi polis bölməsini girov götürməsi və onun nəticələri) və digər multiplikasion effektlər.  Ermənistanın ictimai-siyasi mühiti Dağlıq Qarabağ məsələsində Rusiyanı düşmən, ABŞ-ı isə xilaskar rolunda gördülər. Azərbaycanın planlı erməni təxribatına cavabı və bu cavab üzərində qurulmuş siyasi aksiya idi. Digər siyasi aksiyalardan fərqli olaraq bunu hərbçilər reallaşdırdı. 

Azərbaycan:

- təkbaşına siyasətinin və hərbi quruculuğunun hesabına qalib gəldi.

- hərbi-coğrafi mövqeyini xeyli yaxşılaşdırdı. Əldə olunan ərazilər və yüksəkliklər Ermənistan üçün daha ciddi məğlubiyyətləri qaçılmaz edib.

-keçmiş DQMV-nin inzibati ərazisinə daxil olan Ağdərənin bəzi ərazilərini öz nəzarətinə qayıtardı. Bu danışıqlar prosesində Kəlbəcər və Laçınla əlaqəli müzakirələrdə Azərbaycan üçün əlavə siyasi-coğrafi arqumentdir.

- Rusiya, KTMT xofu dağılmağa başladı.

- Dünyanın Ermənistana yardım edəcəyi ilə bağlı mif dağıldı.

Azərbaycan Prezidenti İlham Əliyev:

- Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Respublika statusu veriləcək. Bu həm siyasi iradə, həm diplomatik hücum, həm ATƏT MQ-yə ciddi təzyiq mexanizmi, həm də Azərbaycanın Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmaların inkarı idi.

- Ermənistan prezidenti ilə görüşə hazır olduğunu bildirdi.

- ön xətdə, o cümlədən aprel döyüşləri zamanı işğaldan azad edilmiş Lələ təpədə oldu. Prezident cəbhə xəttinin 50 metrliyinə qədər yaxınlaşdı.

Ermənistan prezidenti S.Sərkisyan:

- “Dağlıq Qarabağ əhalisi” terminini işlətdi. Dağlıq Qarabağın əhalisi Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərin məcmusudur;

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının üç prinsipinin ardıcıllığını ATƏT-in sənədlərində göstərildiyi kimi sadaladı;

- “Millətlərin öz müqəddəratını təyinetmə” terminindən deyil, Helsinki Yekun Aktında yazıldığı kimi “Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə” terminindən istifadə etdi;

- Ermənistan Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarmasına razılıq verdiyini bildirdi. Amma müqavilənin birinci maddəsində Dağlıq Qarabağ əhalisinin öz statusunu müəyyən etməsinin qaydası yazılmalıdır.

- Dağlıq Qarabağ ətrafındakı əraziləri Dağlıq Qarabağın statusunun müəyyən olunması barədə qeyri-müəyyən referendumla dəyişməyə hazır olduğunu bəyan etdi.

- Dağlıq Qarabağın statusuna dair referendumun iştirakçılarının tərkibi və gündəliyi mövzusunu müzakirəyə çıxardı. Dağlıq Qarabağda referendum təkcə ermənilər arasında keçirilməyəcək. Referendumda Dağlıq Qarabağ erməniləri ilə yanaşı Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar da iştirak edəcək.

- “Ordu, əhali və “DQR”-in vətəndaşları daha çətin vaxtlara hazır olmalıdır” çağırışını etdi.

- “Ordunun ehtiyacı böyükdür. Bu ehtiyacı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil. Bütün məsələləri və problemləri həll edə bilmərik. Ona görə ehtiyacı dəyərləndirmək zəruridir. Baxmaq lazımdır onlardan hansı birinci dərəcəlidirsə, onları həll etmək lazımdır” bəyanatını verdi.

Eks-prezident Levon Ter-Petrosyan “Madrid-Kazan-Lavrov” variantını açıqladı: Prezident S.Sərkisyan sadalanların variant deyil, versiya olduğunu bildirdi. S.Sərkisyanın ikinci əks-arqumenti isə “hansısa bir şey razılaşdırılmayıbsa deməli bütün sənəd razılaşdırılmayıb” prinsipini yada salması oldu.

BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi “İtkin düşən şəxslər” qətnaməsini qəbul etdi. ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatda Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə itkin düşənlər barədə məlumatların mübadiləsi məsələsi ardıcıllıqla birinci yerdə verilib.

İranla Dağlıq Qarabağ erməniləri arasındakı əlaqələr aşkar üzə çıxdı. Dağlıq Qarabağ ermənilərinin idman komandası və Dağlıq Qarabağdan olan erməni jurnalist dəvət əsasında İranda oldular. Erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan 4 günlük aprel döyüşlərindən sonra Dağlıq Qarabağa gəldi. Bako Saakyan Sepux Sərkisyana daimi yardım üçün minnətdarlığını bildirdi.

Azərbaycan ordusu qoşunların təmas xəttini Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsini və Xəzər dənizinin Azərbaycan sektorunu əhatə edən geniş miqyaslı iri hərbi təlim keçirdi.

Azərbaycanın İsraildən “Dəmir günbəz” alması aktiv müzakirə mövzusu olaraq qalmaqdadır. “Dəmir günbəz” Ermənistanın raketlərini tuta bilməz. O ancaq kustar üsulla hazırlanmış raketləri tuta bilər.

Rəsmi Bakı şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən 20 xarici dövlətə xəbərdarlıq etdi. “Hayastan” fondunun keçirdiyi telemarafonda 15 milyon 428 min 777 dollar pul yığıldı və ya vəd verildi. Bu il “DQ-nin prezidenti” Bako Saakyan telemarafonun işində iştirak etmədi. RF, Fransa və ABŞ öz ərazilərinə buraxmadılar. Onun Belçikaya səfərini məhz Azərbaycan tərəfi dayandırmışdı.

1news.az

207baxışların sayı