Prezident Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub – FOTO - YENİLƏNİB

10:05 - 26 / 04 / 2017
Prezident Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub – FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.  

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur.

Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir. Belə sənədlərdən biri Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur.

Məktubda Semyonov Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır.

Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verib. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verilib, quyular qazılıb, hasilat artırılıb, neft sənayesi infrastrukturu inkişaf etdirilib.

1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. Müqayisə üçün deyək ki, 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.

Dövlətimizin başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxdı.

Bildirildi ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür. İnteraktiv köşkə, eyni zamanda, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdikləri neft strategiyası haqqında məlumat, Azərbaycanın neft sənayesi ilə bağlı tarixi foto və videolar da yerləşdirilib.

Prezident İlham Əliyev neftçilərlə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.                         

S.Xankişiyeva

 

Paylaş:
743

Son xəbərlər

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15
Bütün xəbərlər