Həyəcan yaşamaq istədi, görün nələr etdi? | 1news.az | Xəbərlər
Dünya

Həyəcan yaşamaq istədi, görün nələr etdi?

11:59 - 09 / 01 / 2017
Həyəcan yaşamaq istədi, görün nələr etdi?

Türkiyənin İzmir şəhərində qəribə hadisə baş verib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son zamanlar Türkiyədə baş verən terror hadisələrindən “əyləncə” kimi istifadə edənlər də var.

Belə ki, 23 yaşlı E.T polisin “155” qaynar xəttinə zəng vuraraq müxtəlif yerlərə bomba qoyulması barədə xəbərdarlıq edib. Eyni hal 10 dəfəyə yaxın təkrarlanıb.

Həmin şəxs sonuncu dəfə polisə zəng edərək öz avtomobilinin nömrəsini polisə verib, özünün terrorçu olduğunu söyləyib və bomba qoyulduğunu deyib. Həyəcan siqnalından sonra polis geniş axtarış aparıb və həmin maşını tapıb. Lakin yenə bomba tapılmayıb. Yalan məlumatlarla polisin işinə mane olan və əhali arasında təşviş yaradan həmin şəxs polis tərəfindən saxlanılıb.

Özünü polisə tutduran E.T həyəcan yaşamaq üçün belə etdiyini deyib.

Maraqlısı budur ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Fərid Ədalət

Paylaş:
558

Son xəbərlər

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər