Allahşükür Paşazadə İranda Ruhani və Xameneyi ilə görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Allahşükür Paşazadə İranda Ruhani və Xameneyi ilə görüşəcək

18:27 - 01 / 12 / 2016
Allahşükür Paşazadə İranda Ruhani və Xameneyi ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti dekabrın 2-də İran İslam Respublikasına səfər edəcək.

1news.az QMİ-yə istinadən xəbər verir ki, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan, Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri, habelə Qafqaz Müsəlmanları İdarəsi Sədrinin 1-ci müavini, müfti Salman Musayev və digər əməkdaşlar daxildir.

Səfər zamanı Şeyxülislam və heyət üzvləri paytaxt Tehranda İran prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, İslam İşləri və İrşad məsələləri üzrə nazir Əbuzər Torkeman ilə yüksək səviyyədə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eləcə də Məşhəd və Qum şəhərlərinə səfər edəcək və orada İranın yüksək rütbəli dövlət və din xadimləri ilə görüşəcək.

Nümayəndə heyətinin İranın Ali rəhbəri Ayətullah əl-Uzma Seyyid Əli Xameneyi ilə görüşü nəzərdə tutulub.

Səfər proqramının mühüm bəndlərindən biri dekabrın 1-də Bakıda keçirilən “Qafqazda Dini Tolerantlıq Ənənələri və Azərbaycanın Multikulturalizm Modeli” konfransının davamı olacaq. Konfransın İran hissəsi İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının dəstəyi ilə keçiriləcək.

Səfər proqramı çərçivəsində Qafqaz Xalqları Ali Dini Şura və Qafqaz Müsəlmanları İdarəsinin birgə nümayəndə heyəti Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında da olacaq.

1news.az

Paylaş:
539

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər