Zakir Həsənov: Respublikamızın müdafiə qüdrətinin artırılması ordumuzun qələbə əzmini daha da gücləndirir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: Respublikamızın müdafiə qüdrətinin artırılması ordumuzun qələbə əzmini daha da gücləndirir

12:17 - 17 / 03 / 2018
Zakir Həsənov: Respublikamızın müdafiə qüdrətinin artırılması ordumuzun qələbə əzmini daha da gücləndirir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təbrikdə deyilir:

“Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz baharın gəlişinin, təbiətin oyanışının rəmzidir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək Novruz ənənələrini qoruyub yaşadıb. Hələ Sovet rejiminin ən sərt dönəmində belə xalqımız Novruz bayramını özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu Odlar yurdu Azərbaycanımızda Novruz ənənələrinin yaşanması xalqımızın  milli-mənəvi dəyərlərə verdiyi ən yüksək qiymətin bariz nümunəsidir.

Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı  uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Vətənimizin ərazi bütövlüyünün qarantı olan ordumuzun güclənməsi və respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində qazanılan böyük nailiyyətlər hərbi qulluqçularımızın qələbə əzmini daha da gücləndirir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası naminə döyüşlərə hər an hazır olacaqsınız.

Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizi hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi də xalqımızın bu əziz  bayramı münasibətilə təbrik edirəm.

Arzu edirəm ki, Novruz bayramı gəlişiylə hamınızın evinə bol ruzi-bərəkət, sevinc gətirsin.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
640

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər