Yunis Hüseynov “Kəpəz” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub | 1news.az | Xəbərlər
İdman

Yunis Hüseynov “Kəpəz” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub

14:24 - 20 / 11 / 2017
Yunis Hüseynov “Kəpəz” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub

“Kəpəz” peşəkar futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

1news.az- klubun saytına istinadla verdiyi xəbərə görə, “Kəpəz”in Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub.

MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynovun namizədliyi şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Y.Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.

Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Y.Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb.

Futbolçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb. Sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) klublarında baş məşqçi işləyib. Y.Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında ikinci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, “Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını Azərbaycan futbolunun tarixinə yazıb. “Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynovun rəhbərliyi ilə Avropa yarışında mərhələ keçib.

Yunis Hüseynov komanda üzvlərinə noyabrın 21-də təqdim olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
830

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər