Yavər Camalov: Türkiyə və daha bir neçə ölkə ilə layihələr həyata keçirmək niyyətindəyik | 1news.az | Xəbərlər
Siyasət

Yavər Camalov: Türkiyə və daha bir neçə ölkə ilə layihələr həyata keçirmək niyyətindəyik

12:39 - 17 / 12 / 2017
Yavər Camalov: Türkiyə və daha bir neçə ölkə ilə layihələr həyata keçirmək niyyətindəyik

Hazırda İsrail şirkəti ilə birgə müəssisə yaratmışıq, Müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edirik. Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq.

Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində bildirib.

Nazir deyib ki, bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var. Bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək.

“Kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, özü müəyyənləşdirib özü də məhv edəcək. Digər tərəfdən elektro impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Artıq bu işlərin icrasına başlamışıq”, - deyə nazir qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
539

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər