XİN: Arnuvil şəhəri ilə Qarabağdakı qondarma Şeher bölgəsi arasında imzalanmış sənəd ləğv edilib | 1news.az | Xəbərlər
Siyasət

XİN: Arnuvil şəhəri ilə Qarabağdakı qondarma Şeher bölgəsi arasında imzalanmış sənəd ləğv edilib

16:46 - 10 / 06 / 2019
XİN: Arnuvil şəhəri ilə  Qarabağdakı qondarma Şeher bölgəsi arasında imzalanmış sənəd ləğv edilib

Fransa ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.

1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə,  bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir.

Cergy-Pontoise İnzibati Məhkəməsi “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq, sözügedən xartiyanı ləğv edib.

 Xatırlatmaq lazımdır ki, 20 dekabr 1993-cü ildə Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair  üzərlərinə öhdəliklər götürüblər.

 Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ilk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.

Bundan başqa, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş “xalqların öz müqəddaratını təyinetmə hüququ”ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır.

 Bununla yanaşı, işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipi və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət 1989-cu ildə əhalinin təqribən 24%-i təşkil edən 40 min azərbaycanlının Dağlıq Qarabağdan, həmçinin, 1992-1993-cü illərdə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş azərbaycanlılardan gedir.

Bu şərtlər altında seçkili və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatist qurum olan qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən yerli orqanlarla “dostluq xartiyaları”nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edir.

1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun həm-sədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və “qanunsuz xartiyaların” ləğvinə dair Fransa hökumətinin möhkəm mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.

Münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla Avropalı tərəfdaşların faydalanacağı Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı və geniş regional əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

P.S.

 

 

 

Paylaş:
609

Son xəbərlər

Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33
Bütün xəbərlər