Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir

11:03 - 15 / 03 / 2019
Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir

Xarici siyasətində Avropaya inteqrasiyaya xüsusi önəm verən Azərbaycanın ikitərəfli əməkdaşlıqların inkişafı istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.

1news.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, təkcə ötən il dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkənin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, səfərlər çərçivəsində keçirilən görüşlərə və imzalanan sənədlərə diqqət yetirsək, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın görmək mümkündür: 

"Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu, Azərbaycanın Avropa üçün strateji əhəmiyyət  daşıyan ölkə olduğunun təsdiqidir".

Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Fransa ilə Azərbaycanın münasibətlərinin bugünkü inkişaf səviyyəsinə diqqət yönəldən V.Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərini  iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirib. Bildirib ki,  hər bir səfər ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfədir.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını artırması və Fransa ilə əlaqələrin inkişafının Azərbaycanla  Avropa İttifaqı arasında  əlaqələrin möhkəmləndirilməsində rolu kimi   biri-birindən əhəmiyyətli məsələlər Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də  əsas müzakirə mövzusu olub: “Belə ki, Mehriban xanım Əliyevanın Fransanın  birinci xanımı  Brijit Makron, Fransa  Senatının sədri  Jerar Larşe, Fransanın sabiq prezidenti Nikola  Sarkozi, Fransa Milli Assambleyasının sədri  Rişar Ferran,  Fransanın mədəniyyət naziri  Frank Riyester, iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşlərinin hər biri özlüyündə Azərbaycan-Fransa münasibətlərinin bu və ya digər sahələrinə işıq salır. Mehriban xanım Əliyevanın səfərinə göstərilən diqqət Azərbaycanın Birinci vitse-prezidentinin simasında ölkəmizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir”.

Baş redaktor bildirib ki, bu gün Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişaf səviyyəsi göz önündədir: “Fransanın aparıcı şirkətləri ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.   Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda çox güclü əlaqələrimiz var. İcra olunan və icrası davam etdirilən layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Mehriban xanım Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşündə də bu mühüm məqamlara xüsusi diqqət yönəldilib. Belə ki, Brüno Lömer Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Azərbaycan iqtisadiyyatının  şaxələndirilməsində  mühüm rolu olduğunu önə çəkərək, birlikdə işləməyə hazır olduqlarını qeyd edib. Vurğulamışdır ki, Fransa  yeni texnologiyalar sahəsində ölkəmizə  töhfələr verə bilər. «Total»ın Azərbaycanda  fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrin bölüşə biləcəklərini qeyd edib. Fransalı nazir Mehriban xanım Əliyevanın  səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb”.

"Təbii ki, hər bir səfərin əhəmiyyətindən bəhs edərkən həqiqətlərimizin təqdimatında nə kimi rola malik olduğu daha çox təhlil edilir. Nəzərə alsaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ən əsası  ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, bu halda Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfərinin əhəmiyyəti daha aydın görünür» söyləyən V.Rəhimzadə bildirib ki,
Fransanın yeganə  problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ölkəmiz üçün önəmlidir.  Mehriban xanım Əliyevanın  səfər çərçivəsində keçirdiyi görüşlərdə də Dağlıq Qarabağ probleminə xüsusi diqqət yönəldilib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə  beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində  həllinin vacibliyini vurğulayan  Mehriban xanım Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir”, V.Rəhimzadə əlavə edib.

Baş redaktor vurğulayıb ki, son illər Fransa-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirsək böyük yaxınlaşmanın şahidi olarıq. Dövlətimizin başçısı İlham Əliyevin ötən il reallaşdırdığı Fransa səfəri də bu kimi mühüm məqamların açıqlanmasında və təqdimatında mühüm rol oynayıb. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana münasibəti ikitərəfli əlaqələrin inkişafı fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor kimi dəyərləndirilir.

1news.az

Paylaş:
347

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər