Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb – FOTO

15:48 - 25 / 02 / 2018
Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb – FOTO

Türkiyənin NTV kanalında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportaj yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə yer verilir.

Reportaj Xocalı sakini Məmməd Nağıyevin bu fikri ilə başlayır: “Ermənilər mənim gözümün qarşısında hamilə qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər”.

Reportajda qeyd edilir ki, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 azərbaycanlı 26 il əvvəl Xocalıda qətlə yetirilib. Bildirilir ki, xocalılılar 1992-ci il fevralın 26-da törədilmiş bu qətliamın ildönümü ərəfəsində Türkiyədə olublar.

Xocalı soyqırımının şahidi, 8 gün erməni əsirliyində olmuş Vüsalə Məmmədova reportajda həmin gecə yaşadığı dəhşətli hadisələri, ermənilərin ona verdiyi işgəncələri göz yaşları içində danışır. O, ən böyük arzusunun bir gün öz qızının əlindən tutub doğma yurduna qayıtmaq olduğunu bildirir.

Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi-siyasi qiymətin verilməməsini təəssüflə qeyd edən xocalılılar bu gün Türkiyəyə qarşı irəli sürülən qondarma “erməni soyqırımı” iddialarını pisləyiblər. Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyir: “Bu gün Türkiyəni şantaj edirlər. Bəzi Avropa ölkələri əllərində heç bir sübut, əsas olmadan bu qondarma “soyqırımı”nı tanıqdıqlarını deyirlər. Sual olunur: siz nəyə istinad edib, nəyə əsaslanıb bu uydurma “soyqırımı”nı tanıyırsınız?”.

Xocalı soyqırımı ilə bağlı daha bir reportaj “Ülke TV” kanalında yayımlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərlə başlayan reportajda faciə barədə faktlar diqqətə çatdırılır.

Reportajda, həmçinin Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər.

Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirilib.

S.Xankişiyeva

Paylaş:
653

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər