Sizi mükəmməl ifadə edən yeni Galaxy A6 xətti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sizi mükəmməl ifadə edən yeni Galaxy A6 xətti

10:00 - 29 / 06 / 2018
Sizi mükəmməl ifadə edən yeni Galaxy A6 xətti

Bu gün artıq smartfonun əla kamera ilə təchiz olunması ən vacib amillərdən biri sayılır.

Belə ki, çəkdiyimiz hər bir şəkilin bizi tam olaraq ifadə etməsi üçün biz xüsusi rejimlərdən istifadə edir, fonu tənzimləyirik.

Yeni Samsung Galaxy A6/A6+ smartfonları hər kəsin əhval-ruhiyyəsini düzgün təyin edib, çəkdiyi təsvirlərdə mükəmməl ifadə etməyi bacarır. Galaxy A6 xəttinin smartfonları incə metal korpus, “sərhədsiz” Super AMOLED ekran və yüksək icazəli əla kameralar ilə təchiz olunub.

Smartfonların əsas kameraları 16 MP icazəli olaraq istənilən şəraitdə keyfiyyətli təsvir çəkməyə imkan yaradırlar. Geniş F1.7  diafraqma daha çox işıq ötürmə gücünə malik olduğundan hətta zəif işıqlandırma şəraitində belə mükəmməl nəticələr əldə etmək mümkündür. Həmçinin qeyd etmək lazımdır ki, Galaxy A6+-un əsas kamerası ikili obyektiv ilə təchiz olunub. Belə ki, burada 16 MP-lik kamera ilə birlikdə 5 MP-lik ikinci obyektiv mövcuddur. İkinci modul “life focus” rejimində çəkim üçün nəzərdə tutulub. Bu rejimin sayəsində təsvirin həm çəkim anında, həm də sonra “boke” effektini əlavə edərək arxa fonun yayılma dərəcəsini tənzimləmək mümkündür.

Hər iki smartfon çəkiliş zamanı stikerlərin və animasiya maskalarının tətbiq edilməsini dəstəkləyir. Həmçinin, burada ekspoölçüm, ekspozisiya korreksiyası, həssaslıq dərəcəsinin tənzimlənməsi (ISO100…800) və ağ rəng balansı kimi əlavə çəkim rejimlərinin də istifadəsi mümkündür.

Hər iki smartfon F 1.9 diafraqmalı və “flash” işıqlı əla selfi kameraları ilə təchiz olunub. Galaxy A6 xəttinin smartfonları təsvir keyfiyyətinin azalmaması və işıq ləkələrinin yaranmaması üçün nəzərdə tutulan günün istənilən vaxtı əla avtoportretlər eldə etməyinə imkan yaradan “flash” işığının 3 parlaqlıq dərəcəsini təqdim edir.

Qeyd etmək lazımdır ki, Galaxy A6 smartfonunun ön kamerası 16 MP, Galaxy A6+-un isə 24 MP təşkil edir. Hər iki cihazın frontal kamerası həm adi, həm də geniş formatlı-panoram təsvirlər yaratmağa qadirdir. Belə ki, dostlarla birlikdə şəkil çəkmək artıq çətinlik yaratmır. Həmçinin, “selfie focus” rejimini tətbiq edərək, arxa fonun yayılma dərəcəsini tənzimləyə, kosmetik (“dəri tonu”, “incə üz”, “böyük gözlər”) əlavələrdən istifadə edə və “beauty” (“rəng”, “hamarlama”) effektləri tətbiq etmək mümkündür.

Dəbli zahiri görünüş, rənglərin keyfiyyətli ötürülməsi, güclü kamera və yüksək işləmə qabiliyyəti – bütün bunlar yeni Samsung Galaxy A6 xəttinin smatrfonlarında toplanıb.

Yeni Galaxy A6 və A6+ smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
515

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər