Siyavuş Novruzov: Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyavuş Novruzov: Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər

12:13 - 18 / 12 / 2017
Siyavuş Novruzov: Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər

Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, İslam daxilində olan qüvvələr prinsiplərdən kənara çıxaraq, öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır.

Azərbaycanda İslama yanaşmanın düzgün formada qurulduğunu nəzərə çatdıran S.Novruzov bildirib ki, İslam dinini ictimaiyyətə düzgün çatdırmaq lazımdır:

 "Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Dövlət tərəfindən bu sahəyə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu məsələdə Azərbaycan dünyada nümunə kimi göstərilir. Ölkədə bütün dini ayinlər bərabər şəkildə icra olunur. Bütün icmalar bərabər səviyyədə fəaliyyət göstərirlər".

Komitə sədri əlavə edib ki, vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda çox az müsəlman ölkəsi Azərbaycana dəstək oldu:

"Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri dağıdılırsa, İslam ənənələri məhv edilirsə, buna nə ad vermək olar? Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı".

S.Xankişiyeva

Paylaş:
512

Son xəbərlər

Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18
Bütün xəbərlər