Siyavuş Novruzov: “Azərbaycanda prezident seçkiləri ilə bağlı təxribatçı məlumatlar yayılır” | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov: “Azərbaycanda prezident seçkiləri ilə bağlı təxribatçı məlumatlar yayılır”

16:53 - 15 / 12 / 2017
Siyavuş Novruzov: “Azərbaycanda prezident seçkiləri ilə bağlı təxribatçı məlumatlar yayılır”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bəzi şəxslərin növbədənkənar seçkinin keçiriləcəyi barədə məlumatlar yayaraq, vətəndaşları çaşdırdığını bildirib.

1news.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsində çıxış edən S. Novruzov bildirib ki, Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır.

“Bu, sırf təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yeni fikir çıxarırlar və biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”, - deyə, S. Novruzov bildirib.

1news.az

Paylaş:
484

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər