Səfir: Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır
Niderland Dağlıq Qarabağ münaqişəinin sülh yolu ilə həllinin tərəfdarıdır.
1news.az xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Onna Kervers
Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Niderland Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri və xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin davam etdirilməsini ümidverici hesab edir və bunun faciəvi münaqişənin real həllinə öz töhfəsini verəcəyini düşünür.
P.Sultanova
378