Sameh Şükri: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın arzusuna uyğun həll olunmasını istəyirik | 1news.az | Xəbərlər
Siyasət

Sameh Şükri: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın arzusuna uyğun həll olunmasını istəyirik

13:05 - 22 / 02 / 2018
Sameh Şükri: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın arzusuna uyğun həll olunmasını istəyirik

Misirə səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub. İqtisadiyyat naziri Azərbaycanın Ermənistan istisna olmaqla, bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb. Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalaraq torpaqlarının 20 faizini itirib. BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Lakin Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını hələ də işğal altında saxlayır. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsindədir. Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti sülh danışıqlarına və beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Misirin Xarici İşlər naziri S.Şükri Azərbaycana səfər etmək arzusunda olduğunu nəzərə çatdıraraq dost və qardaş Azərbaycanın uğurlarından məmnunluğunu ifadə edib. Nazir rəsmi Qahirənin Azərbaycanın sülh addımlarını dəstəklədiyini vurğulayıb. S.Şükri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyini bildirib: “Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasını istəyir”.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda da fikir mübadiləsinin aparıldığı görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.

1news.az

 

Paylaş:
538

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər