SAM tərəfindən "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" kitabı çap edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM tərəfindən "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" kitabı çap edilib

11:41 - 23 / 04 / 2018
SAM tərəfindən "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" kitabı çap edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ehtiyatda olan polkovnik-leytenant Elmir Şaripovun rus dilində yazdığı "Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində" ("Азербайджанцы в обороне Брест-Литовской крепости") kitabını nəşr etdirib.

1news.az-a SAM-dan verilən məlumata görə, kitab 1941-ci ilin iyun ayında keçmiş SSRİ-dən olan 30-dan çox xalqın nümayəndələri ilə birlikdə Brest-Litovsk qalasının müdafiəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlıların mərdlik, qəhrəmanlıq və şücaətinə həsr edilib.

Kitab döyüşlərdə iştirak edənlərin xatirələri, bu mövzuda yazılmış əsərlər, qəzet və internet materialları, azərbaycanlı döyüşçülərin yaxınları və qohumlarından əldə edilmiş məktublar əsasında yazılmışdır. Aparılmış araşdırmalar və toplanmış faktlar əsasında müəllif bu döyüşlərdə iştirak etmiş 80-dən çox azərbaycanlının, xüsusilə də 84-cü alayın döyüşçüləri və komandirlərinin adlarını müəyyən etmiş, onların döyüş yolu və sonrakı taleyi barədə məlumat vermişdir. Qeyd edək ki, uzun müddət sovet dövründə Brest qalasının müdafiəsində düşmənə qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlıların roluna dair heç bir məlumat verilməmişdir. Hətta sovet dövründə bu mövzuda çoxsaylı kitablar, tədqiqat əsərləri yazılsa da, bədii və sənədli filmlər çəkilsə də, bunların heç birində azərbaycanlıların adları və qəhrəmanlıqları qeyd olunmamışdır. "Qəhrəman Brest qalası" Muzey Kompleksinin pillətələri üzərində isə yalnız bir azərbaycanlının adı qeyd olunmuşdur - Haqverdiyev Xəlil Həmzə oğlu.

 Məlumat üçün onu da bildirək ki, Ulu öndər Heydər Əliyev 1978-ci il dekabrın 27-də Belarus SSR-nin və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində  olmuş və xatirə kitabına ürək sözlərini yazmışdır. O, burada Brest qalasının müdafiəsində azərbaycanlıların qəhrəmanlıqlarına da toxunmuşdur. Prezident İlham Əliyev də 2015-ci ildə Belarusa səfəri zamanı həmin muzeydə olmuş, Böyük Vətən Müharibəsi illərinin hərb tarixinə aid eksponatlarla tanış olmuşdur. Muzeydə faşizm üzərində ümumi qələbənin qazanılmasında, Belarusun faşist işğalçılarından azad olunmasında və Brest qalasının müdafiəsində Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar da nümayiş etdirilir. Muzeydəki “Qələbə” zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub.

 Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə xidmət edən kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının (SQHA) Adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, rəyçiləri SQHA-nın Adyunktura və elm şöbəsinin dosenti, ehtiyatda olan polkovnik, tarix üzrə elmlər doktoru Mehman Süleymanov və Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər