İlkin səhiyyə xidməti təkmilləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Qafar Ağayev11:27 - 24 / 04 / 2024
İlkin səhiyyə xidməti təkmilləşdirilir

Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

1news.az xəbər verir ki, görülən işlərin davamı kimi ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə yeni layihəyə start verib. Layihənin icrası məqsədilə hər iki qurumun mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.

Layihənin məqsədi əhaliyə əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsidir. Belə ki, layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyə sahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq planların hazırlanması nəzərdə tutulub.

Həmçinin ilkin səhiyyə xidmətləri çərçivəsində göstəriləcək tibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin, keyfiyyətinin artırılması və bu sahəyə ayrılan maliyyə vəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsi planlaşdırılır. Eyni zamanda səhiyyə sahəsində ilkin səhiyyə xidmətlərinə, o cümlədən profilaktikaya yönəlik strateji satınalma və yeni maliyyələşmə metodlarının tətbiqi, tibb mütəxəssisləri üçün həvəsləndirici maliyyələşmə sisteminin qurulması da layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Qeyd edək ki, ilkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir. İlkin səhiyyə xidməti ailə həkimi, sahə həkimi-terapevt, sahə həkimi-pediatr və ehtiyaclara uyğun olaraq bir sıra dar ixtisaslı həkimlər, habelə müvafiq orta tibb heyəti tərəfindən həyata keçirilir.

Paylaş:
256

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər