1news.az

Şahmat üzrə Azərbaycan millisi Avropa çempionu olub - FOTO

6 Noyabr saat 22:45 ~ 1 dəqiqəlik oxu 379
Şahmat üzrə Azərbaycan millisi Avropa çempionu olub - FOTO

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.

1news.az-ın məlumatına görə, sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1.

Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Avropa çempionatı, IX tur

16:00. Azərbaycan - Ukrayna - 2:2

Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5

Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5

Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5

Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şahmat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net