Politoloq: Dağlıq Qarabağın Rusiya-Azərbaycan regional əməkdaşlığına qoşulması üçün zəmin hazırlanmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Dağlıq Qarabağın Rusiya-Azərbaycan regional əməkdaşlığına qoşulması üçün zəmin hazırlanmalıdır

10:52 - 24 / 09 / 2018
Politoloq: Dağlıq Qarabağın Rusiya-Azərbaycan regional əməkdaşlığına qoşulması üçün zəmin hazırlanmalıdır

Rusiya-Azərbaycan münasibətlərində aktivlik kifayət qədər ön plandadır və V.Putinin qarşıdakı 6 illik prezidentliyi dövründə bütün MDB dövlətləri ilə xüsusilə Azərbaycanla Rusiya arasındakı münasibətlər yeni keyfiyyət mərhələsinə çatacaq.

Yenidən prezidentliyə başladığı dövrdə atdığı addımlar bunu deməyə əsas verir. İki ölkə arasında regional əməkdaşlıq kontekstindən elə məsələlər var ki, onların indiki dövrdə diqqətdən kənarda qalması Azərbaycanın maraqlarına ziddir və Azərbaycanın o maraqlarının Rusiya tərəfdən dərk edilməməsi nə zamansa Azərbaycan cəmiyyətinin müəyyən təbəqəsində Rusiya haqda neqativ fikirləri formalaşdırmaq üçün əsas yarada bilər.

Kənd təsərrüfatı istehsalı və iqtisadiyyatda orijinal imkanlara malik olan  Azərbaycanın erməni işğalı altındakı regionlarının bu əməkdaşlığa qoşulmasının vaxtı çoxdan çatıb. Hətta Putin özü vaxtilə “Ağdam çaxırı” kəlməsini işlədib. Rusiyada brend kimi qəbul olunan “Ağdam çaxırının” vətəni erməni işğalı altındadır. V.Putin daxil olmaqla Rusiyanın bütün rəhbərliyi bilir ki, Azərbaycanın ətraf rayonlarının ümumiyyətlə ermənilərə heç bir zaman heç vaxt aidiyyəti olmayıb, heç zaman orada erməni yaşamayıb. Ermənilərin Dağlıq Qarabağa gəlmə tarixini hamı, o cümlədən Azərbaycan  Rusiya arxivlərindən öyrənir. Ermənilərin Dağlıq Qarabağa köçməsi çar Rusiyasının məhsuludur.

Rusiyanın regionlararası əməkdaşlıq adı altında Azərbaycanın regionlarının bir qrupunu diqqətdən kənarda saxlaması erməni separatizmini ruhlandıran məsələ kimi qəbul olunmalıdır. İndiki şəraitdə ən düzgün variant Rusiya-Azərbaycan arasındakı regionlararası əməkdaşlığa Dağlıq Qarabağ və Azərbaycanın digər işğal altında olan ərazilərinin qoşulması məsələsinə də münasibət bildirilməsidir. Nəticədə Azərbaycan-Rusiya regionlarası əməkdaşlığın onsuz da böyük olan potensialının reallaşması üçün əlavə resurslar yaranacaq. Bu isə öz növbəsində ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin möhkəmlənməsinə şərait yarada bilər. Bu sahədə Rusiyanın əlində hədsiz çox geniş imkanlar var. Ermənistana Rusiyanın təsiri hədsiz böyükdür. Ermənistanın uçuruma yuvarlanması elə Rusiyanın özü üçün də problem yaradacaq. Ermənistanı uçuruma yuvarladan əsas səbəb isə onun Azərbaycan torpaqlarını işğal etməsidir. Beləliklə hissə-hissə Azərbaycan regionlarını Ermənistanın işğalı altından çıxarmaqla və yaxud işğalçılıqla bağlı Rusiya Ermənistana düzgün mesaj göndərməklə Ermənistanın da vəziyyətini yüngülləşdirmək olar.

Rusiya-Azərbaycan regionlararası əməkdaşlığın Dağlıq Qarabağı və Azərbaycanın digər işğal olunmuş ərazilərini əhatə etməsi həm Azərbaycan, həm  Rusiya, həm də Ermənistan üçün faydalı məsələ kimi qəbul edilməlidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
351

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər