Politoloq: Dağlıq Qarabağ tənzimlənməsindəki aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirə bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Dağlıq Qarabağ tənzimlənməsindəki aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirə bilər

13:01 - 21 / 11 / 2018
Politoloq: Dağlıq Qarabağ tənzimlənməsindəki aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirə bilər

Dağlıq Qarabağ tənzimlənməsindəki yeni məzmunlu aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər. Bu keyfiyyət dəyişikliyinin istiqamətini müəyyənləşdirmək çətindir.

Bunun üçün aşağıdakı tezislərə nəzər salmaq vacibdir:

ı. ATƏT Minsk Qrupu  formal struktura çevrilə, hətta fəaliyyətini dayandıra bilər.

ıı. Avropa İttifaqı və ya bu quruma daxil olan dövlətlərdən biri (Almaniya və ya Fransa) təşəbbüsü ələ ala bilər.

ııı. Ermənistan və Azərbaycan liderləri arasında birbaşa vasitəçilərin iştirakı olmadan tənzimlənmə prosesinə başlaya bilər.

ıv. Moskva sürətli addımlarla Dağlıq Qarabağ tənzimlənməsində ilkin mərhələni reallaşdıra bilər.

Dağlıq Qarabağ tənzimlənməsində aktiv dinamizmin 4 mənbəyi var:

  1. Düşənbədə MDB sammiti çərçivəsində ER baş naziri N.Paşinyanla Azərbaycan Prezidenti İ.Əliyev arasında qeyri-formal şəraitdə bir neçə dəfə görüşün baş tutması, MDB icraiyyə komitəsinin katibi S.Lebedevin açıqlaması çox vacib mənbədir. İ.Əliyevlə N.Paşinyanın operativ əlaqənin qurulması ilə yanaşı, görünür, tənzimlənmənin strateji əsasları barədə ümumi fikirləri mübadiləsi olub. Bu işdə RF prezidenti V.Putinin müstəsna rolunu görürük. V.Putinin əsas məqsədi Ermənistanı Rusiyaya daha çox bağlamaqdır. Bunun üçün yeganə mümkün variant Mehri dəmir yolunun açılmasıdır. Beləliklə, V.Putin bir addımla iki uğur əldə etmiş olur: Ermənistanla sovet dövründə mövcud olan əlaqələri bərpa edib, özünə bağlayır. Bu Ermənistanın Rusiyanın təsirindən çıxması ilə bağlı Qərbin ümidlərinə də zərbədir. Bu addımla Azərbaycanı tərəfini özünə daha da yaxınlaşdırır: Mehri dəmir yolunun açılması 7 rayonun işğaldan azad olunması anlamındadır. RF-in belə aktivliyini həm də Qərbin aktivləşməsinə reaksiya kimi də görmək olar.
  2. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində bəyanatlarının sayını xeyli artırıb. ABŞ-ın Ermənistandakı keçmiş səfiri R.Millz Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmadan sülhün mümkün olmayacağını bildirdi. R.Millz Ermənistan cəmiyyətinin bu məsələni müzakirə etməməsini ziyanlı hesab edir. R.Millzin bu bəyanatı Ermənistanda ciddi ajiotaj yaratdı. RF XİN R.Millzi başqa məsələlərdə Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etdi. RF XİN-nin bəyanatının dolayısı yolla həm də R.Millzin Dağlıq Qarabağla bağlı dedikləri ilə də əlaqəlidir. Belə ki, R.Millz ümumilikdə götürdükdə Ermənistanın daxili işlərinə qarışmaq kimi başa düşülən bəyanatlar verməmişdi. Onun bəyanatları ABŞ-ın Ermənistandakı maraq subyektləri və demokratiya üstündə qurulmuşdu. Diplomatik nöqteyi-nəzərdən RF XİN-nin Millzi suveren dövlətin daxili işlərinə qarışmaqda ittiham etməsi üçün əsaslar yox idi. İstər-istəməz RF XİN-nin R.Millzin Dağlıq Qarabağla əlaqəli dediklərinə də etiraz var idi. R.Millzin Dağlıq Qarabağla əlaqəli bəyanatını baş nazir N.Paşinyan “vəzifədən gedən səfirin bəyanatı” kimi qiymətləndirdi. Bu, N.Paşinyanın özünü aldatmasının və ya qısa yaddaşlığının əlamətidir. Amerikalı həmsədr C.Uorlik də həmsədrlikdən gedənə yaxın erməniləri qane etməyən bəyanatlar verdi. O zaman ki, xarici işlər naziri E.Nalbandyan və o cümlədən bütün Ermənistan C.Uorlikin bəyanatını istefa vermiş həmsədrin mövqeyi kimi təqdim etdilər və özünü aldatmaqdan ləzzət aldılar. C.Uorlikdən sonra həmsədr olmuş C.Hoqland dərhal Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəsinin izahını verdi. İzah sırf antierməni idi, ermənilər susdu. ABŞ-ın indiki səfiri E.Şefer vəzifəyə başlayan kimi Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının 3 prinsipinin izahını verdi. İzah tam ermənilərin arzuladığının əksinə idi. Ermənilər buna da susdu.

Dağlıq Qarabağda R.Millzin bəyanatlarını kürünün iyi ilə əlaqələndirdilər.

III. ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə yardımçısı C.Kent də Ermənistanda olarkən Dağlıq Qarabağ məsələsini müzakirə etdi, Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması ilə bağlı suala cavabdan yayındı.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri C.Boltonun Yerevandakı görüşlər zamanı Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bəyanatlar yeni abı - hava yaratdı. C.Bolton münaqişə tərəflərinə yalnız bir dövlətin (RF-in) silah satmasını zərərli adlandırdı. Əgər regionda silah uğrunda yarışma başlayarsa, münaqişə tərəfləri ABŞ silahı alarsa, bu tənzimlənməyə kömək edəcəkdir. Boltonun digər fikrinə görə, N.Paşinyanın reytinqi yüksəkdir; növbədənkənar parlament seçkilərindən sonra onun yüksək reytinqi Dağlıq Qarabağ tənzimlənməsinə kömək edə bilər. Boltonun Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda üçüncü tezisi daha kəsərli və Ermənistana konkret yönəli idi: Ermənistan üçün xarici təzyiqi zəiflətməyin yaxşı yolu Dağlıq Qarabağ münaqişəsini həll etməkdir.

  1. A.Merkelin Yerevanda Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini üzərinə götürməyə hazır olduğunu bəyan etməsi də indiki aktivliyin əsas mənbələrindən biridir. Dağlıq Qarabağ tənzimlənməsi barədə Ermənistanda açıqlanan məlumatlar beynəlxalq aləmdə də rəyin formalaşmasına təsir etmək gücündədir. N.Paşinyan ərazilərin Azərbaycana qaytarılacağını ATƏT MQ-nin sənədində yazıldığını bildirdi. Eks-prezident R.Köçəryan da ərazilərin Azərbaycana qaytarılmasının gündəlikdə olduğunu etiraf etdi. Bütün bu bəyanatlardan Ermənistandakı xarici diplomatların xəbəri var. RF-in baş verənlərə münasibəti dinamizmlə bağlı qapalı dairə yaradıb. ABŞ və digər aktivliklərdən qıcıqlanan, narahat olan Rusiya özü müəyyən addımlar atır. Bu, nəticədə dinamizmin daha da məqsədyönlü formalaşmasına şərait yaradır.

 

  1. Separatçılığın bir nömrəli beyni keyfiyyətli yalan düzəldə bilmədi.

Separatçı Dağlıq Qarabağ rejiminin Xarici İşlər naziri kimi özünü təqdim edən Masis Mailyan Dağlıq Qarabağ tənzimlənməsi barədə fikirlərini sistemləşdirib, “Azad Artsax” qəzetinə müsahibə verdi. Onun təqdim etdiyi yanaşmanın əsas tezisləri bunlardır:

  1. Münaqişə Azərbaycan-Dağlıq Qarabağ münaqişəsidir.
  2. Bu münaqişə ərazi məsələsi deyil.

III. Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altında olduğu dövrdə də münaqişə var idi.

  1. “Artsax” (Dağlıq Qarabağ) xalqının öz müqəddəratını təyin etməsi hüququ reallaşdırılmalıdır.
  2. Danışıqların üçtərəfli formatı bərpa olunmalıdır.
  3. “Artsax” (Dağlıq Qarabağ) İranla dinc qonşuluq münasibətlərini qurmağa hazırdır.

VII. “Artsax”ın (Dağlıq Qarabağ) tanınması regional təhlükəsizliyi təmin edəcəkdir.

Əvvəllər həm “Xarici İşlər nazirinin müavini”, həm də ekspert kimi fəaliyyət göstərdiyi vaxtlarda M.Mailyanın intellekti şübhə doğurmadı və  onun bu ideyaları müzakirə üçün yaşamaq qabiliyyətinə malik idi. İndi M.Mailyanın statusu dəyişib, ATƏT MQ həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda olarkən M.Mailyan onlarla görüşür.

M.Mailyanın bu tezislərinə məhz o prizmadan yanaşdığımız üçün bəzi məsələləri təkrarlamağı özümüzə borc bildik:

  1. Münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. 1992-ci ilin fevral-mart aylarında keçmiş SSRİ respublikaları “uti posidites” (hər şey olduğu kimi) praktikası əsasında BMT-yə üzv qəbul edildi. Bu zaman Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibində idi. BMT də elə bu qaydada, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaqla Azərbaycan Respublikasını BMT-yə üzv qəbul etdi. O vaxtadək ermənilər Dağlıq Qarabağın Ermənistana birləşməsi  barədə qərar qəbul etmişdilər və Dağlıq Qarabağın “müstəqilliyi referendumunu” keçirmişdilər. BMT “uti posidites” praktikası ilə Dağlıq Qarabağda baş verən siyasi-şou xarakterli prosesləri inkar etdi.
  2. “Bu münaqişə ərazi məsələsi deyil.” tezisinə baş vermişlər tutarlı cavab verir. 1988-ci il fevralın 20-sində DQMV-nin vilayət şurası Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən ayrılıb Ermənistan SSR-ə birləşməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarını SSRİ Ali Sovetinə və Ermənistan SSR Ali Sovetinə göndərdi. DQMV-də qəbul olunan bu qərar o vaxt həm Dağlıq Qarabağın ərazisinin, həm də əhalisinin Ermənistan SSR-ə birləşdirilməsi kimi qəbul edildi. Eyni sözləri 1991-ci ilin dekabrında keçirilən “müstəqillik referendumu” barədə demək mümkündür. İndi Dağlıq Qarabağın bir nömrəli beyninin açıqlamasına görə ermənilər Dağlıq Qarabağın torpağını deyil, yalnız adamlarını Ermənistana birləşdirmək istəyirmişlər. M.Mailyan əgər dediklərinə inanırsa Dağlıq Qarabağın əhalisinə Ermənistana köçərək birləşməyi indi də aktual mövzuya çevirə bilər.

III. “Dağlıq Qarabağ ərazisi Azərbaycanın nəzarətində olduğu vaxtlarda da narazılıqlar var idi” fikrində həqiqət var və bu həqiqət Azərbaycanın dediklərini təsdiq edir. Erməni separatçılığı 80-ci illərin ortalarından güclənməyə başlandı. M.Mailyan bilməmiş deyil, o zaman Bakıdan Yerevana hər hansı məsələdən ötrü gedən ermənilər taksiyə mindiyi andan təhdid olunurdular: “Siz satqınsınız, erməni ideyasına xəyanət edirsiniz. Niyə Bakıda və Azərbaycanın digər yerlərində bu ərazilərin Ermənistana qaytarılması uğrunda mübarizə aparmırsınız”. Qorbaçovun yenidənqurması onları daha da şirnikləşdirdi. Separatçılıq dalğası Dağlıq Qarabağ ermənilərinin narazılığının əsas mənbəyidir. Nəticədə bu 1988-ci il fevralın 20-sində Ermənistana birləşməklə bağlı qərara və fevralın 22-sində ilk qanın tökülməsinə gətirib çıxardı. Ermənilər Əskəran rayonu ərazisində qərara etiraz edən dinc azərbaycanlılara atəş açdı və 2 azərbaycanlı gənc öldürüldü.

  1. ““Artsax” Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin  etməsi hüququ reallaşdırılmalıdır” fikri ermənilərin ATƏT MQ daxil olmaqla beynəlxalq ictimaiyyətin mövqeyinin inkarıdır. Münaqişənin tənzimlənməsi üçün Helsinki Yekun Aktının 3 prinsipi əsas götürülüb: Güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi. “Artsax”ın (Dağlıq Qarabağ) müqəddəratını təyin etməsindən söhbət getmir. Əvvəla öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipindən sonradır, yəni əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları Dağlıq Qarabağın müqəddəratının təyinində bərabərdirlər. Üçüncüsü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi digər prinsiplərinin-ərazi bütövlüyü prinsipinin əleyhinə getməməlidir. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təyin olunmalıdır. Sonra isə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratlarını təyin etməlidirlər. Dördüncüsü, “Artsax” və ya “Dağlıq Qarabağ” xalqı adlı etnonim mövcud deyil.
  2. ATƏT MQ-nin keçmiş həmsədrləri və rəsmilərinin bildirdiyinə görə əvvəllər danışıqlar prosesində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icması iştirak edib. Sonuncu dəfə bu fikri amerikalı həmsədr K.Kovano erməni mətbuatına açıqladı. Ermənilər Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesində görmək istəyirsə o zaman Dağlıq Qarabağın azərbaycanlı icmasını danışıqlar prosesinə dəvət etməlidirlər. Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə qatılması isə necə deyərlər “texnikanın işidir”.
  3. ““Artsax” (Dağlıq Qarabağ) İranla dinc qonşuluq münasibətlərini qurmağa hazırdır” tezisinin yaşı 20 ildən çoxdur. M.Mailyan bilməmiş deyil ki, İranın Dağlıq Qarabağda birbaşa əlaqələrə marağının ən güclü olduğu dövr artıq arxada qalıb. İstanbulda Türkiyə, Azərbaycan və İran Xİ nazirlərinin görüşündə qəbul olunan bəyannamədə İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi fikrinin Ermənistan rəsmilərində və digər siyasilərində yaratdığı reaksiyaları oxumağı M,Mailyana məsləhət görürük.  Ermənistan ABŞ, Rusiya, Fransa və Aİ-ni itirdiyi kimi İranı da birdəfəlik itirəcəkdir. Bu halın rəsmən elan olunmasına uzun vaxt qalmayıb.

VII. “Artsax” (Dağlıq Qarabağ) regional təhlükəsizliyin təminatçısı olmayıb, ola da bilməzlər. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhlükə mənbəyidir. Zaman keçdikcə bu imkanları azalır. Dağlıq Qarabağ bu günədək özünün  müstəqil iqtisadiyyatını, energetikasını qura bilməyib. Hətta özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Yalnız Ermənistandan gələn dotasiyaların və xaricdən ayrılan yardımların hesabına yaşayır. Özünü formalaşdıra bilməyən icmanın regional sabitlikdə pozitiv və ya neqativ tutumda iştirak etməsi nonsensdir.

Dağlıq Qarabağ münaqişəsi çox beyinləri yeyib. M.Mailyanın da beyni işləmir, ən azı, yalan düzəldə bilmir. Onun düzəltdiyi yalana inananların da sayı getdikcə azalır. Ola bilər, həmsədrlər əllərində olan variantı açıqlasınlar.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

 

 

Paylaş:
333

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər