Politoloq: Bakının təklifi Yerevanın etimad tədbirlərini möhkəmləndirməyə hazır olmadığını aşkarladı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Bakının təklifi Yerevanın etimad tədbirlərini möhkəmləndirməyə hazır olmadığını aşkarladı

10:25 - 12 / 11 / 2018
Politoloq: Bakının təklifi Yerevanın etimad tədbirlərini möhkəmləndirməyə hazır olmadığını aşkarladı

Girovların mübadiləsi ilə bağlı Bakının təklifinə münasibəti Yerevanın Dağlıq Qarabağ tənzimlənməsində etimad tədbirlərini möhkəmləndirməyə hazır olmadığının göstəricisidir.

Girovların mübadiləsi barədə Bakının təklifindən imtina etdən Yerevan həm də Moskvanı inkar edir. 27 oktyabr 2010-cu ildə Həştərxanda hərbi əsir, girov və meyitlərin qaytarılmasına həsr olunmuş prezidentlərin üçtərəfli görüşü keçirildi. Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan birgə xüsusi bəyanat imzaladılar. Bəyanata görə bütün girovlar və cəsədlər şərtsiz geri qaytarılır. Ermənistan tərəfi indi imzaladıqları bu bəyannamədən imtina edir. Bəyannamədə xüsusi olaraq göstərilib ki, bu addım etimad, eləcə də hərbi etimad tədbirlərinin möhkəmləndirilməsi üçün lazımdır. Ermənistanın etimad tədbirlərinin möhkəmləndirilməsinə yanaşması əcaib formadadır və bu əcaib forma nəhayət 2016-cı ilin aprel döyüşlərinə gətirən ümumi parametrlərinin tərkib elementlərindən biri idi.

2016-cı ilin aprel döyüşlərindən sonra isə ermənilər yeni etimad tədbirlərindən- Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşmasından danışdılar. Əgər etimad tədbirlərinə hörmətsizlik nümayiş etdirməsəydilər, bəlkə də yeni etimad tədbirlərini hallandırmağa ehtiyac qalmazdı. Mübariz İbrahimovun meyitinin qaytarılmasını 2 aydan çox Ermənistan tərəfi yubatdı. ATƏT,  Avropa İttifaqı, Rusiya Patriarxı işə qarışdıqdan sonra zorla, çox böyük çətinliklə bu meyiti qaytardılar. Digər misallar da var. 2010-cu ildə Həştərxan görüşündə imzalanmış sənədə sadəcə girovların mübadiləsi kimi yanaşmaq səhvdir. Bu etimad tədbirlərinin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş addımdır və bəyannamə o vaxtadək olan əsir, girovların və meyitlərin dəyişdirilməsi ilə yanaşı, həm də gələcəkdə də bu proseslərin davam etdirilməsini nəzərdə tutur.

Nəzərə alaq ki, Yerevan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının da dialoquna icazə vermir. Qaldı ki, Ermənistan tərəfinin sofistikasına guya rəsmi Bakı Ermənistana birbaşa müraciət etməyib. Hər halda Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq şəkildə bildirdi ki, belə mübadiləni reallaşdırmağa hazırdır. BQXK-nin bu yanaşması Ermənistanla Azərbaycan arasında gedən dialoq fonunda beynəlxalq Qırmızı Xaç Komitəsinin bu yanaşması rəsmi Bakının belə təklifinin mövcudluğunu, Ermənistan tərəfinin isə inkar etdiyini nümayiş etdirir. Həştərxan bəyannaməsində ümumilikdə etimad tədbirlərinin yaranması ilə yanaşı, həm də xüsusi olaraq hərbi sahədə yaranmış etimad tədbirləri nəzərdə tutulur. Ermənistan tərəfi Azərbaycanla birbaşa telefon əlaqələrinə maraq göstərdiyi kimi hərbi sahədə etimadı yaratmaq üçün hərbi əsirləri, girovları azad etməyi də daha faydalıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev beynəlxalq hüquqa görə de-yure Azərbaycan ərazisində sərbəst yerdəyişmə ediblər.

Ermənilər mağara millətçiliyindən əl çəkməlidir. Hələki bu günədək heç bir ermənin şüuru mağara millətçiliyini üstələyə bilməyib. Amma indi vaxtıdır, çünki hadisələr ermənilərin arzularının tam əksi istiqamətində hərəkət edir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

 

Paylaş:
377

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər